mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tədbirdə “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri təmsil olunublar.

Nazir Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq, təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Daha ətraflı məlumat: https://tinyurl.com/makk5t82

#MDDTAzerbaijan #RİNNAzərbaycan #turizm #nəqliyyat
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aprelin 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #turizm #nəqliyyat
👍4
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 apreldə Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://tinyurl.com/yjxupjzc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağdaş şəhərinə səfəri çərçivəsində şəhid polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan və şücaətlərindən danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍8
“Aztelekom” MMC Oğuz rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 97%-nə #GPON texnologiyası ilə #yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb, vətəndaşların genişzolaqlı #internet xidmətlərindən istifadəsi təmin edilib.

Qoşulmalar davam etdirilir.

Daha ətraflı: https://tinyurl.com/bde44bex

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom
👍8😁1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “İKT LAB” Tətbiq və #Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimov “İKT-də Qızlar” mövzusunda danışacaq.

Canlı yayımı həm “ASAN Radio”da dinləmək, həm də nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #İKT
👍3
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu istiqamətlər üzrə görülən işlərə dair fikir mübadiləsi aparılıb.


#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat #İKT
👍6
“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

Daha ətraflı: https://tinyurl.com/ye28m3z2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azərpoçt
👍4