mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
4 iyunda İsveçrənin Cenevrə şəhərində işə başlayan Beynəlxalq #Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyasında Azərbaycanın təşkilatın 2025-ci ildə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) ev sahibliyi təsdiqlənib.

Qeyd edək ki, #MDB regionundan ilk dəfə #Azərbaycan bu tədbirə ev sahibliyi etmək imkanını əldə edib.

Ətraflı: https://tinyurl.com/3a595jm9

#RİNN
👍9❤3
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
❤8👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədrinin müşaviri Şahin Əliyev “Təkmilləşdirilmiş rəqəmsal hökumət həlləri” mövzusunda canlı yayımda çıxış edəcək.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #RəqəmsalHəllər
👍4❤3
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində #Gəncə şəhərinin 90%-dən çox hissəsi #yüksəksürətli internetlə əhatə edilib.

Yeni qoşulmalar davam etdirilir.

Ətraflı: https://tinyurl.com/4zubj4d8

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
❤5👍3
15 İyun – Milli #Qurtuluş Günü və #Qurban bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, #mobil #rabitə xidmətləri və #teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Ətraflı: https://tinyurl.com/37zstjz4

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyun 2024-cü il tarixində saat 09:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Şabran, #Siyəzən və #Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Ətraflı: https://tinyurl.com/3wx78wav

#RİNN #VətəndaşQəbulu
👍4❤3
15 iyun #Azərbaycan dövlətçiliyi üçün siyasi və tarixi əhəmiyyətə malik günlərdəndir.

Məhz bu gündə Ümummilli Lider Heydər Əliyev xalqın risklərdən qurtuluşunu öz üzərinə götürərək Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Ölkəmiz müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

#MilliQurtuluşGünü
❤8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mənəvi birlik, həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edirik!

#QurbanBayramı
❤9
İctimai #nəqliyyat və #mikromobillik vasitələrindən istifadənin təmin olunması #vətəndaş rahatlığına xidmət edir.

“Yaşıl” texnologiyaların tətbiqi ilə, həmçinin #sağlam həyat tərzini təbliğ edirik.

#RİNN #AYNA #Mobillik #Velosiped
👍6❤1
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı qeyd edilir.

Bütün dövlət qulluqçularını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

#23İyun
❤5👏2
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Dövlət #Dəniz və #Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev və DDLA-nın mətbuat katibi Pərvanə İmanova “Dəniz nəqliyyatı sektorunun inkişafı istiqamətində hansı işlər görülür?” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #DDLA #DənizNəqliyyatı
❤3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində #yüksəksürətli internetə çıxış və istifadəni asanlaşdıran #innovativ həllər təqdim edirik. Məqsədimiz insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır!

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
👍5❤1
#Dəniz nəqliyyatı işçiləri həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynamaqla ölkəmizin iqtisadi inkişafına töhfə verirlər.

Dənizçiləri peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik!

#25İyun
👍5❤2