Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı qeyd edilir.
Bütün dövlət qulluqçularını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
#23İyun

❤5👏2
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də Dövlət #Dəniz və #Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev və DDLA-nın mətbuat katibi Pərvanə İmanova “Dəniz nəqliyyatı sektorunun inkişafı istiqamətində hansı işlər görülür?” mövzusunda çıxış edəcəklər.
Canlı yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio #DDLA #DənizNəqliyyatı

❤3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində #yüksəksürətli internetə çıxış və istifadəni asanlaşdıran #innovativ həllər təqdim edirik. Məqsədimiz insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır!
#RİNN #Aztelekom #OnlaynAzərbaycan
#RİNN #Aztelekom #OnlaynAzərbaycan
👍5❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyunda Siyəzən şəhərində #Şabran, #Siyəzən və #Xızı rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

#Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzu təbrik edir, Vətənimizə əmin-amanlıq arzulayırıq!
#26İyun
#26İyun
❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 1 iyul 2024-cü il tarixində saat 09:00-da Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Qobustan, #Şamaxı, #İsmayıllı, #Ağsu və #Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 29 iyun 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

👍6❤1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal bələdçi” layihəsi davam edir.
Layihənin məqsədi qurumların əsas fəaliyyət istiqamətləri, eləcə də nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.
Layihənin növbəti videoçarxı #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə həsr olunub.
#RİNN #RəqəmsalBələdçi #İRİA

👍4❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən #ictimai nəqliyyat və #hava nəqliyyatı ilə ölkədaxili #sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.
Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:
– Müntəzəm şəhərdaxili (rayondaxili) #avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
– #Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
– Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.
Ətraflı: https://tinyurl.com/3xwwhkej
#RİNN

👎4👍1
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “Teleradio” İB-nin baş direktoru vəzifəsini icra edən Elman Həsənov “Teleradio yayımı şəbəkəsində təkmilləşdirmə işləri” mövzusunda çıxış edəcək.
Canlı yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio #Teleradio

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 1 iyulda Ağsu şəhərində #Qobustan, #Şamaxı, #İsmayıllı, #Ağsu və #Kürdəmir rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu
👍6❤2
Ölkəmizdə #avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.
Çərçivə sazişi #elektrik #mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur.
Ətraflı: https://tinyurl.com/5ypdr6fb
#RİNN #ElektrikMühərrikliAvtobus

❤5👍2