mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 1 iyulda Ağsu şəhərində #Qobustan, #Şamaxı, #İsmayıllı, #Ağsu və #Kürdəmir rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
👍6❤2
Ölkəmizdə #avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

Çərçivə sazişi #elektrik #mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur.

Ətraflı: https://tinyurl.com/5ypdr6fb

#RİNN #ElektrikMühərrikliAvtobus
❤5👍2
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov “Mikromobillik şəhərimizə hansı yenilikləri gətirir?” mövzusunda çıxış edəcək.

Canlı yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AYNA #Mikromobillik
❤3
Media is too big
VIEW IN TELEGRAM
🔵 Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb.

🔵 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən #yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

🔵 Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

🔵 Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və #ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.

✅ Qeyd edək ki, üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq uzun müddət bütöv və oxunaqlı qalır.

#RİNN #AYNA #TəhlükəsizYol
❤4
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri Ruslan Dadayev “Rəqəmsal dünyada informasiyanı necə qorumalı?” mövzusunda çıxış edəcək.

Canlı yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AzInTelecom #İnformasiyaTəhlükəsizliyi
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın #genişzolaqlı internetə çıxışı təmin olunub.

Ətraflı: https://tinyurl.com/muym36s9

#RİNN #OnlaynAzərbaycan
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi müddətində #yüksəksürətli sabit #genişzolaqlı şəbəkənin ölkə üzrə əhatəsi 92%-ə yüksəlib.

#RİNN #OnlaynAzərbaycan
❤4
#Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən #mətbuat nümayəndələri üçün #brifinq keçirilib.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkəmizdə #mobillik və ictimai nəqliyyat sisteminin daha da səmərəli təşkili, #avtobus parkının yenilənməsi, #sərnişin və yükdaşımalarında keyfiyyətin yüksəldilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, #ekoloji təmiz nəqliyyat vasitələrinin, eləcə də #mikromobillik vasitələrinin təşviqi prioritet məsələlər kimi daim diqqət mərkəzində saxlanılır.

Ətraflı: https://tinyurl.com/c9ju3mrh

#RİNN #AYNA
❤3
“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib.

Ətraflı: https://tinyurl.com/3ak985zy

#RİNN
❤5