mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#İKT, #kibertəhlükəsizlik, #innovasiya və yüksək #texnologiyayönümlü mütəxəssislər yetişdiririk.

Məqsəd ölkədə #rəqəmsal #inkişaf sahəsində #kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

#RİNN #İRİA
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan “Starlink” #peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşüb.

Görüş zamanı Azərbaycanda “Starlink” #genişzolaqlı peyk #internet xidmətinin təşkili məsələləri müzakirə edilib.

#RİNN
❤6
İlk baxışdan bu, bir videoçarxdır. Əslində isə, reallığı və gündəlik həyatımızı göstərir. #Velosiped əyləncə deyil, #nəqliyyat növü kimi çıxış edərsə, həyatımızda çox şey dəyişər.

#AYNA hərəkət iştirakçılarını mobilliyin təmin edilməsi, sıxlığın azaldılması, ətraf mühitin qorunması və fiziki aktivliyin artırılması məqsədilə velosipeddən istifadəyə çağırır!

Videoçarxı buradan izləyə bilərsiniz: https://tinyurl.com/2arv4u3c

#YolumuzAçıqOlsun
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım Azərbaycanın inkişafına və beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsinə böyük töhfələr verir.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, cansağlığı, humanist və xeyirxah fəaliyyətində uğurlar arzulayırıq.
❤3👍1
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq 27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə #Laçın şəhərinə də səfər edə bilirlər.

Səfər üçün icazə “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edilir.

#RİNN #YolumuzQarabağa #BöyükQayıdış
❤5
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Xidmətin təşkili sektorunun böyük mütəxəssisi Fərid Quluzadə “İKT sahəsi üzrə yerli kadr hazırlığı” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İKTLAB #KadrHazırlığı
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 5 sentyabr 2024-cü il tarixində saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Cəlilabad, #Masallı, #Yardımlı, #Lənkəran, #Lerik və #Astara rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 4 sentyabr 2024-cü il tarixinə qədər Çağrı Mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤5
Avqustun 27-29-da Bakı şəhərində #Azərbaycan Respublikasının #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə #Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, #İnnovasiya və #Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.

Ətraflı: https://tinyurl.com/59y9fa7m

#RİNN
❤3
“Rəqəmsal Dialoq” layihəmiz “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Huavei Technologies Azərbaycan” MMC-nin baş direktoru David Xu “Genişzolaqlı internet və iqtisadi inkişaf imkanları” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 5 sentyabrda Masallı şəhərində #Cəlilabad, #Masallı, #Yardımlı, #Lənkəran, #Lerik və #Astara rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤7
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Layihələrin idarəolunması şöbəsinin proqram meneceri Tural Həsənov “Yenilənmiş “mygov” platforması” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #mygov
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin sabit genişzolaqlı #internet infrastrukturu fiber-optik əsaslı #GPON texnologiyası ilə yenilənir.

Görülən işlər nəticəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev, mənzil və biznes subyektlərinin fiber-optik kabellər vasitəsilə sabit #genişzolaqlı internetə çıxışının təmin edilməsi, #yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və abunəçilərin sayının artırılması hədəflənir.

#RİNN #OnlaynAzərbaycan
👍3❤1
Beynəlxalq #Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib.

#Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93.76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.

#RİNN
❤4
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən #Bərdə-#Xankəndi müntəzəm #avtobus reysini istifadəyə verəcək.

Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli #nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Ətraflı: https://shorturl.at/dqhhF

#RİNN #AYNA #BöyükQayıdış
👍5❤3
15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd edilir.

Əziz müəllimlər, şagirdlər və tələbələr! Yeni tədris ili münasibətilə hər birinizi təbrik edir və uğurlar arzulayırıq!

#BilikGünü
❤7
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC-nin Loyallıq idarəsinin rəhbəri Araz Əliyev “AZAL Miles” loyallıq proqramı: yeniliklər və hədəflər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AZAL
❤2👍1