mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva "İRİA 2023-cü ildə: planlar və perspektivlər" mövzusunda danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #IDDA #İRİA
👍10👏2
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 iyunda Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.

Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Daha ətraflı: https://bit.ly/3IWvtj2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👏10👍5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Qusar rayonuna səfəri çərçivəsində şəhid Cəfərov Ruslan Mövlan oğlunun ailəsini ziyarət edib.

Daha ətraflı: https://bit.ly/3MPStkW

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍12👏3
Bu gün Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

Daha ətraflı: https://bit.ly/43rLQwc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat #rəqəmsallaşma
👍13👏2
7 iyun tarixində Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib.

Daha ətraflı: https://bit.ly/3IWmiij

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat #rəqəmsallaşma
👍12👏1
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti Salvatore Şikitano 7-9 iyunda Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində 8 iyun tarixində Salvatore Şikitano “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasını ziyarət edib və tələbələr qarşısında maraqlı mühazirə ilə çıxış edib. Həmçinin ali qonaq Akademiyanın rəhbərliyi ilə görüşüb, təhsil müəssisəsində yaradılan şərait və Pilotların Təlim Mərkəzi ilə tanış olub.

Daha ətraflı: https://bit.ly/42pnXEh

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ICAO #aviasiya
👍10👏1
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Daha ətraflı: https://bit.ly/43NmbxB

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT
👍9👏3