mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Lapis Lazuli” marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak edib.

Tədbirdə marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanması müzakirə olunub.

Ətraflı: https://shorturl.at/CWvYC

#RİNN
❤3
Cəmiyyətin inkişafı onun təhsilindən başlayır.

Bu yolda məsuliyyət daşıyıcıları olan müəllimləri Beynəlxalq #Müəllimlər Günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

#5Oktyabr
👍5❤1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova “Azərbaycanda filateliya sahəsinin bu günü” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #Azərpoçt
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 8 oktyabrda Mingəçevir şəhərində Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤4👍3
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub.

Ətraflı: https://bit.ly/4gQ906B

#RİNN
👍4❤2
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli #nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən #Laçın şəhərinə müntəzəm #avtobus reysi istifadəyə veriləcək.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Ətraflı: https://bit.ly/4dEkHKF

#RİNN #AYNA #BöyükQayıdış
❤5👍1
Bu gün #Azərbaycan dəmiryolları müasir, qabaqcıl və dayanıqlı sənaye kimi ölkəmizin #nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib.

Yeni hədəflərə çatmaq üçün əzm və iradə ilə çalışan #dəmiryolu işçilərini peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

#13Oktyabr #Dəmiryoluİşçiləri
👍6❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “AzInTelecom”un İnformasiya texnologiyaları departamentinin direktoru Ceyhun Qarayev və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İnformasiya texnologiyalarının bulud həlləri və rəqəmsal imzaların inkişafında rolu” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AzInTelecom
❤2👍2
14-15 oktyabrda Beynəlxalq #Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) işə başlayıb.

Tədbirdə ölkəmizi #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Şahin Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ətraflı: https://bit.ly/4dJGzVb

#RİNN #BTİ
❤5
14-24 oktyabrda Beynəlxalq #Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində keçirilən Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) çərçivəsində #Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra görüşlər təşkil olunub.

Ətraflı: https://bit.ly/4f9FJSN

#RİNN #BTİ
❤6