Kitaplar Mir.az
21.8K subscribers
3.18K photos
920 videos
6 files
1.73K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029Vb61pMC7z4kmB7UUQW1T

mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
İletişim: @okuryus
Download Telegram
Şeytan ayaqqabısını təmizlədikdən sonra dikəlib metroya doğru addımladı. Metrostansiyaya daxil olarkən tələsdiyi üçün palçığa batmış ayağını yadına saldı. Yenidən dayanıb tələsən insanlara fikir verdi. İnsanlar tələsdikcə bir-birilərinin ayağını tapdalayır, kimisi özünü başqalarına sürtməkdən həzz alır, kimisi də bu basırıqdan istifadə edərək başqasının cibinə girirdi. İnsanlar tələsdikcə mənzil başına daha tez varacaqlarını zənn edirdilər. Düşünürdülər ki, hər şeyi tez etsələr, tez bitirsələr, daha çox zamanları qalar. “Nəticədən deyil, işin gedişatından ləzzət almağa çalışsan, gerçək həzzi duyacaqsan, – Şeytan öz-özünə dedi.

Şeytan bütün bunları düşünərək dayandı. O, dayandığı zaman ətrafındakı insanların sürətlə onun yanından şütüyüb keçdiklərini gördü. Bütün şəhərin küçələrini veyil-veyil gəzərək “Allahsızlar şəhəri” kitabını yazan adamı tapa bilməzdi. Gərək düşünüb bir yol tapaydı. Sanki ruhunun dərinliklərinə enib bu yazıçı ilə orada qarşılaşmalı idi. Çünki hər bir insanın içində şeytani bir hiss olduğu kimi, Şeytanın da içində insani duyğular vardı.

Bu şəhərdə Şeytan öz şeytanlığından bezmişdi. Lakin neyləməli olduğunu bilmirdi. İnsanlara öz səsini necə eşitdirə bilərdi? Əvvəlki hüquqlarına da malik deyildi ki, cəhənnəmdəki hakimiyyətindən sui-istifadə edə bilsin. Artıq cəhənnəmdə aldığı maaşı da bitmək üzrə idi. Onun maaşı insanların aldığı pullar kimi deyildi. O, cəhənnəmdə işlədikcə eqosu durmadan böyüyürdü, insanlara daha çox yuxarıdan aşağı baxmağa başlayırdı. Amma insanların içində qaldıqca maaşının da bitdiyini, yəni eqosunun kiçildiyini hiss edirdi.

Bir an baxdı ki, qanadları çıxmağa başlayır. Bu qanadları cənnətdən qovularkən təhvil vermişdi. Öz paxıllığına, hikkəsinə görə cənnətdən məhrum olmuşdu. Allah insanın ən üstün varlıq olduğunu deyəndə Şeytan öz paxıllığına yenilərək insanlara quyu qazmağa başlamışdı. Halbuki o vaxtlar özü də bilmirdi ki, Allah bunları zəif insanın sadəcə könlünü almaq üçün demişdi. Yoxsa fani bir insanla hər yerə öz qanadları ilə uça bilən ölümsüz bir varlığı müqayisə etmək olmazdı.

Şeytan dayanıb düşündükcə, ruhu paklaşdıqca Allah yenidən bu qanadları ona bəxş edirdi. Bağışlamağı bacaran Allah bu dəfə Şeytana da şans vermişdi. Lakin yanından keçən insanlar hələ də onun qanadlarını görə bilmirdilər.

Şeytan artıq hadisələrə insanların gözü ilə deyil, daha ali bir pəncərədən baxmağa başlamışdı. İnsanlar sanki labirintin içində olarkən çıxış yolu tapa bilmirdilər. Əgər labirintin içindən yox, yuxarısından baxa bilsəydik, çıxış yolunu tapmaq bizim üçün daha rahat olardı. O zaman bilərdik ki, it hürən və ya işıq gələn tərəfə getsək, başımıza nə gələ bilər. Bəlkə də, həyatımızdakı itlər bizə bu işıqların süni olduğunu və onlara doğru addımlamağın bizimçün təhlükəli olacağını bildirməyə çalışdıqları üçün bu qədər hürürdülər.

Şeytan birdən baxdı ki, insanlar qatarlara tələsdikcə bir dəstə insan onların yolu ilə getmədən özünə arxayın şəkildə atdığı addımların həzzini duyaraq irəliləyir. Şeytan da digərlərindən seçilən bu təmkinli insanları ayırd edə bilirdi artıq. Tələsən insanlardan fərqli olaraq, bu insanların qanadlarını görmək olurdu. Yalnız ən saf duyğularla baxdığın zaman görə bilərsən digərlərindən fərqlənən insanları. Nifrət hissindən arınmalı və özünü elə bir insana çevirməlisən ki, Şeytana belə baxdığın zaman onun içindəki gözəlliyi görə biləsən.

Şeytan tələsən insanları deyil, qanadlı insanları izləməyə başladı. Özü də yaxşı başa düşürdü ki, kimi izləməyi seçsə, zaman keçdikcə o insana çevriləcək. Yanlış insanları izləyib onların davranışlarını dəyişməyə çalışmaqdansa, doğru insanları izləyib bu insanların davranışlarından nələrsə öyrənmək daha doğru idi.

Şeytan bu insanları izlədikcə sol tərəfdə bir cığırın açıldığını gördü. Adi insanlar eskalatora tələsdikləri halda, mələk qanadlı insanlar bu cığırdan pilləkənlə daha dərinə enirdilər. Şeytan bu cığırın onları hara apardığını anlamaqçün pilləkənlə daha da dərinə enməyə başladı.
Uraqan - "Cəhənnəmin Xəritəsi" kitabından.
❤3👍1🔥1🕊1
📖 Drakula – Bram Stoker

— Qorxursan? — deyə o pıçıltı ilə soruşdu.
— Bəli… — cavab verdi, — amma bu qorxu məni dayandırmır.
— Maraqlıdır… çoxu qorxudan qaçar. Sən isə ona yaxınlaşırsan.
— Çünki bəzən insan həqiqəti yalnız qorxunun içində tapır.
— Bəs əgər o həqiqət səni dəyişsə?
— Onda əvvəlki mən olmamağın vaxtı çatıb deməkdir.
Otaq qaranlıq idi. Pəncərədən gələn zəif ay işığı onların üzünə düşürdü.
— İnsan nə vaxt məğlub olur bilirsən?
— Nə vaxt?
— Qorxusuna təslim olanda.
— Bəs sən?
— Mən qorxunu idarə etməyi seçirəm… çünki ən böyük qaranlıq insanın içində başlayır.
❤2
🖤 Agatha Christie — “Rocer Ekroydun Qətli”

Bəzi sirlər var ki,
onlar açıldıqca daha da dərinləşir… 🕯️
Bu əsər sadəcə bir cinayət hekayəsi deyil —
oxucunun düşüncəsini alt-üst edən, hər ipucuna şübhə ilə baxmağa məcbur edən bir şah əsərdir. 📖
Hər kəsin gizlətdiyi bir həqiqət var…
amma ən böyük sirr bəzən ən göz önündə olur.

💭 Səncə həqiqət həmişə göründüyü kimidirmi?
💭 Bir insanın gizlətdiyi sirr onu nə qədər dəyişə bilər?
💭 Sən detektiv olsaydın, ilk kimi şübhəli bilərdinmi ?


🕯️ “Rocer Ekroydun Qətli”
Bəzən ən böyük sirr…
ən yaxın bildiyin yerdə gizlənir.



https://mir.az/kitab/10811-agatha-christie-1926-roger-ackroyd-cinayeti-sok-olumun-sicak-eli-ackroyd-un-katili.html
❤2
Uraqan "Qəfəsdəki məhbuslar "

Dünyanın heç bir xəritəsində tapa bilməyəcəyiniz bir yer...

İnterpolun 150 ən təhlükəli qatili və onların arasında bir fizika müəllimi. Həqiqətənmi cinayət törətmişdi? Yoxsa...

Cavablar "Qəfəsdəki məhbuslar" -da gizlənib."


Müəllifin whatsapp qrupu
https://chat.whatsapp.com/CL5yTjjH7NaLX91CnzbhbZ?mode=gi_t
❤2
📖 Dorian Qreyin Portreti – Oscar Wilde


— İnsan dəyişə bilərmi? — deyə o sakit səslə soruşdu.
— Dəyişir, — dedi digəri. — Amma dəyişdikcə özündən uzaqlaşır.
— Bəs insan özündən qaça bilərmi?
— Yox. İnsan haraya getsə də, özünü də özü ilə aparır.
— Bəs günahlar? Onları unutmaq mümkündürmü?
— Unutmaq? — o acı bir təbəssümlə dedi. — İnsan yalnız gizlətməyi öyrənir. Amma hər gizlədilən şey bir gün daha ağır qayıdır.
O, güzgüyə yaxınlaşdı.
— Görürsənmi? — dedi pıçıltı ilə.
— Nəyi?
— Üzümü yox… içimdə yığılanları. Zaman keçdikcə insanın siması yox, ruhu dəyişir.
Otaqda dərin bir sükut vardı.
— İnsan nə vaxt məhv olur bilirsən?
— Nə vaxt?
— Özünü aldatmağa başladığı anda.
❤8👍2
Oğuz Atay
❤4
Ramiz Rövşən:

Uçan durnalara şeir yazdılar
Ölən durnaların lələkləriylə…

Bu dərdə söz qoşdu əli sazlılar,
Silib gözlərini biləkləriylə –
Uçan durnalara
şeir yazdılar
Ölən durnaların
lələkləriylə…»
Titrəyir bir sazın qırılan simi,
Bir durna oxuyur –
can verir, nədi?!
Hecası pozulan misralar kimi
Durna qatarları uzanıb gedir.
Gedir –
arxasınca yerə qar düşür,
Düşür –
dünyamıza soyuqlar düşür.
Düşür şerimə də bu qışın qarı,
Misralar sığınır biri-birinə.
Köçür şerimizin durna qatarı
Vidadi şerinə, Vaqif şerinə.
Köçür –
arxasınca yerə qar düşür,
Düşür –
şerimizə soyuqlar düşür…
❤3
🌚
❤8
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir.

 (Viktor Hüqo)
❤8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"özgür bırakmalı..🕊️'
❤6
📚🔥
❤7👍3
❤3
Deniz Düngeroğlu "Pilləkanaltı terapiya "

Bəzən insan ən çox özündən qaçır…
amma haraya getsə də, yenə özünə rast gəlir.

Bu əsər insanın daxili səsi, travmaları və gizlətdiyi həqiqətlərlə üzləşməsi haqqında düşündürən bir hekayədir. 📖
Hər kəsin içində danışmaq istəmədiyi bir tərəf var…
və bəzən ən böyük terapiya — o səslə üz-üzə qalmaqdır.
💭 Sən özünlə tək qalanda nə hiss edirsən?
💭 İnsan həqiqətən özündən qaça bilərmi?
💭 Daxili səsini dinləmək səni qorxudur, yoxsa rahatladır?



🖤 “Pilləkanaltı Terapiya”
Bəzən ən böyük savaş…
insanın öz içində baş verir
.



https://mir.az/kitab/48321-deniz-dulgeroglu-pillekenalti-terapiya-pdf.html
❤2
😍5❤4🌚2
❤5👍1
❤8👍7
"Hər şey bitir, - maraqlı ifadədir. Hər şey bitəndən sonra, görəsən, nə var? Heç nə! Axı bu "heç nə" nədir? Əgər hər şey bitəndən sonra "heç nə" varsa, deməli, o "heç nə" heç nə deyil. Əgər varsa, deməli, bir şeydir. Burada deyiblər ki, insan yoxluğu düşünə bilmir. Görəsən, niyə düşünə bilmir? Görəsən, nəyə görə mövcud olan insan "heç nə"ni, yoxluğu təsəvvür edə bilmir? Cavab, deyəsən, sualın içindədir. Çünki bu insan mövcuddur. Mövcuddur, yəni həyat üçün yaranıb, yaşamaq üçün; yəni həyat və var olmaq onun həqiqətindədir. Yoxluq isə bu həqiqətə ziddir. Bu ziddiyyəti də təsəvvür etmək mümkün deyil".

📖 Rövşən Abdullaoğlu - Relslər üzərinə uzanmış adam
👍4