Kitaplar Mir.az
21.8K subscribers
3.18K photos
921 videos
6 files
1.73K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029Vb61pMC7z4kmB7UUQW1T

mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
İletişim: @okuryus
Download Telegram
İnsanlar sevilmək üçün yaradıldılar, əşyalar isə istifadə etmək üçün. Dünyadakı xaosun səbəbi əşyaların sevilmələri, insanların isə istifadə edilmələridir.

🍂Cemil Meriç
👍7💘6❤1🕊1
Oxumayan insan həyatı boyu yalnız bir dəfə yaşayır. Oxuyan insan isə minlərlə dəfə...

🖊️ ​Corc Corc R.R. Martin


Bəs siz indiyədək neçə kitab oxumusunuz📚
❤6💘3🕊1
İnsan bəzən bir sözlə dünyanı yıxa bilər, amma bir sözlə o yıxılan dünyanı bərpa etməyə ömrü çatmaz...
🖊️ Viktor Hüqo
❤6👏5
Mən hamı üçün əlimdən gələni etdim. Sonra anladım ki, əlimdən gələnləri elə hamı üçün etmişəm, bircə özümdən başqa...
​— Frans Kafka
👍6❤1
Adam ömrü bir kitab kimidir. Kimisi roman yazır, kimisi cəmi bir cümlə...


🖊️ Anar "​Beşmərtəbəli evin altıncı mərtəbəsi"
👏7❤3🍓1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq, yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

🖊️ Rəsul Rza
❤4
Ondan bütün kriminal aləm çəkinirdi.

ABŞ-da bir qadın vardı, hətta ən amansız cinayətkarlar belə onun adını eşidəndə narahat olurdu. Bu qadın Lois Gibson idi.

O, tarixin ən uğurlu məhkəmə-portret rəssamı hesab olunur. Hazırladığı portretlər 1300-dən çox cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsinə kömək edib, 750-dən artıq şəxsin saxlanılması ilə nəticələnib. Bu nailiyyətlərinə görə adı Guinness World Records-a düşüb.

Ən maraqlısı isə budur ki, o, bütün bunları süni intellekt, Photoshop və müasir texnologiyalar olmadan bacarıb. Onun ən güclü alətləri sadəcə qələm, kağız və insan psixologiyasını dərindən anlamaq qabiliyyəti idi.

Lois Gibson şahidlərlə saatlarla söhbət edir, onların xatırladığı ən kiçik detalları, tərəddüdlərini, emosiyalarını və hətta pauzalarını belə diqqətlə analiz edirdi. Sonra isə bütün bu məlumatları bir araya gətirərək cinayətkarın simasını demək olar ki, qüsursuz şəkildə canlandırırdı.

Ardı şərhlərdə👇
❤9🔥2💘2
😁6❤2😐2💘1
Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: "Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var." Natəvan cavabında deyir: "Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir."
👍10❤9💘3👌2
İstərdim ki, məni xatırlayasan. Yalnız sənin yaddaşında qalmağım mənə kifayətdir. Qalanlarının məni unutmasının isə mənim üçün heç bir əhəmiyyəti yoxdur...

🖊️ Haruki Murakami
💘4❤3
Öğrendiklerimin çoğunu dinlediklerimden,
Bildiklerimin çoğunu düşündüklerimden,
Unuttuklarımın çoğunu yaşadıklarımdan,
Yazdıklarımın çoğunu unuttuklarımdan çıkardım.

♦️Özdemir Asaf • “Düşünce Kırılmadık Bir Şey Kalmadı
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Klassik kitablar heç vaxt köhnəlmir, çünki onlar insanın dəyişməyən mahiyyətinə – sevgisinə, qorxularına və arzularına xitab edir. 📚✨
❤3👏2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəs siz hansi kitabdan alıntını sevdiniz 😍
❤2💘2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cəfər Cabbarlının 1923-cü ildə qələmə aldığı bu pyes, Azərbaycan teatr tarixində mühüm mərhələ hesab olunur. Əsər milli teatrın yaranması və formalaşması uğrunda mübarizə aparan, lakin cəmiyyətin, dövrün çətinlikləri və şəxsi dramı ilə üz-üzə qalan bir ziyalının — Oqtayın faciəsindən bəhs edir. Videoda təsvir olunan səhnə əsərin ən dramatik məqamlarından biridir. Oqtay, yaşadığı mənəvi sarsıntılar və çıxılmaz vəziyyət fonunda Firəngizə olan sevgisi ilə onun həyatı arasında seçim etmək məcburiyyətində qalır. Onun “Sən ölməlisən” deməsi, əslində, sadəcə fiziki bir ölümü deyil, həm də onların birgə arzularının, gələcək xəyallarının öldüyünü və Oqtayın özünü tamamilə mübarizəyə həsr etdiyini simvolizə edir. Bu əsər, “sənət sənət üçündür, yoxsa cəmiyyət üçün” sualına cavab axtaran, eyni zamanda bir insanın böyük məqsədlər uğrunda nələrdən vaz keçə biləcəyini göstərən çox güclü bir psixoloji dramdır.

Cəfər Cabbarlı " Oktayeloğlu"
❤6💘3😢1
Məğlub olduğuna görə heç zaman həvəsdən düşmə.Bundan nəsə öyrən.Cəhd etməyə davam et.
🌾
   Tomas Alva Edison.
❤4👍1
Sabahınız xeyir, dəyərli kitabsevərlər! ☕📚

Bu gün oxuyacağınız bir cümlə, bəlkə də həyatınıza yeni bir istiqamət verəcək. Oxumaqdan, öyrənməkdən və inkişaf etməkdən heç vaxt vaz keçməyin.

"Kitablar ruhun güzgüsüdür."
— Virciniya Vulf
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nəcəf bəy Vəzirovun qələmə aldığı bu pyes, Azərbaycan ədəbiyyatında köhnə patriarxal cəmiyyət quruluşu ilə yeni, maarifpərvər ideyalar arasındakı mübarizəni ən kəskin şəkildə ifadə edən əsərlərdən biridir. Əsərin əsas obrazı Fəxrəddin təhsilli, humanist və mərhəmətli bir gənc olsa da, mühitin və ailə təzyiqlərinin ağırlığı altında xoşbəxtliyə çata bilmir. Fəxrəddin və Səadətin münasibəti isə əsərdəki təmiz sevginin timsalıdır.
Paylaşımda gördüyünüz, “İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin..” ifadəsi, onların yaşadıqları nakam eşqin və qaçılmaz ayrılığın kədərini ifadə edən ən yadda qalan dialoqlardan biridir. Bu əsər, sadəcə bir sevgi dramı deyil, həm də gənclərin azadlıq uğrunda mübarizəsinin tarixi sənədidir.

Sizcə, Fəxrəddinin faciəsinin əsas səbəbi nə idi: mühit, yoxsa fərdi seçim?

Nəcəf Bəy Vəzirov " Müsibəti Fəxrəddin "
❤5
Sən səhv edə bilərsən, bu, mümkündür və bağışlanandır. Bağışlanmayan- səhvdən peşman olmamaq, onu düzəltməyə çalışmamaqdır...
❤6