"Natiqlik və ünsiyyət bacarıqları"
10.7K subscribers
1.23K photos
663 videos
9 files
601 links
Bu kanalda "Natiqlik, təqdimat və ünsiyyət bacarıqları" haqqında postlar məlumatlar paylaşılır.


☎️Dərslərlə bağlı məlumat və əlaqə: @zaurizm və +994513559121

𝐑𝐞𝐤𝐥𝐚𝐦 𝐯ə İş 𝐁𝐢𝐫𝐥𝐢𝐲𝐢:
@zaurizm



📩 zaurizmidp@gmail.com
Download Telegram
3 cütlük. 3 həyat.
Nəticə?
Maddi imkanları zəngin olanlar sadəcə qızıl qəfəsdə yaşayanlardır.
İnsanın xoşbəxtliyi maddi imkanlar və aksesuarlara bağlı deyil.
Xoşbəxt olmaq da bir seçimdir.
Kimisi bolluq içində tənha və bədbəxtdir, kimisi də az qazanıb bolluq və sevgi içindədir.

✍️Fəxri Ağayev
👏5
Platon deyirdi ki, natiqlik aldatmaq sənətidir.

Aristotel deyirdi ki, natiqlik inandırmaq sənətidir.

Kvintiliyan deyirdi ki, natiqlik gözəl danışmaq sənətidir.

Sizcə, kim haqlı idi? 🤔


#zaurizm
👍1
"İnziva" sözü 2021-ci ildə dilimizdən çıxarılan 20000 sözdən biridir.

O gündən insanlar "inziva"ya çəkilmir...😄

#nitq #dil
😁3👍1
Media is too big
VIEW IN TELEGRAM
Şənbə və bazar günləri saat 15:00-da 😍 Yeni qrupumuzla 2 aylıq təlimlərimiz başlayır.💚

Əlaqə: 👉🏻👉🏻👉🏻@zaurizm
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həyəcanın idarəolunması üçün qarlı havada texnika.😍
👏5👍3
"Gülüş sağlamlıqdır. Gülüş gözəllikdir. Gülüş özgüvəndir. Gülüş xoşbəxtlikdir. Gülüş bir insandan digərinə keçən işıqdır. Gülüş dil bilmədən də anlaşmaqdır. Gülüş həyatdır! Özü də elə bir həyat ki, onu qorumaq, ona dəyər vermək bizim əlimizdədir. Gülüşünüzü qoruyun, çünki sağlam bir gülüş – sağlam bir həyat deməkdir!"
👍11🕊5👏3🥰2❤1
"Müsaidə" sözü də 2021-ci ilin orfoqrafiya lüğətində yoxdur.

Ona görə daha icazə almırıq...😅
😁7
Bu yaxınlarda bir görüşdəydim...

Bir yoldaş atasının puluyla aldığı maşının açarlarını, son model telefonunu stolun üstünə qoyaraq "uğur hekayəsi"ni səlis nitqlə danışırdı...

Kapitalizmdə pulun önəmli olduğunu bilirdim, nitqə bu qədər təsir etdiyini bilmirdim...

✍️Zaurizm
👍15😁5👏2
İnsanlara qayğı göstərilməkcə onların qayğıları artır...

#zaurizm
👏5👍2❤1
Media is too big
VIEW IN TELEGRAM
250 müəllimin qarşısında "Dilim-dilim olmayasan, dilim" mövzusundakı çıxışımın girişi😊
👏3❤1
İçiboş, mənasız bir söz qoxusu olmayan laləyə bənzəyir...


#zaurizm #söz
👏7👍2
Media is too big
VIEW IN TELEGRAM
"Həyəcanın idarəolunması və özünəgüvən" təlimi.

Bu təlimə fərdi olaraq da qoşula bilərsiniz.😊

Əlaqə: 👉🏻👉🏻👉🏻 @zaurizm
👏6👍1
Bəzən ağzımız nurumuzu aradan qaldırar... İfadələrimizlə! 🤔

#zaurizm
👏10👍2❤1
Doğradım-çapdım özümü,
Yoğurdum-yapdım özümü,
Nə yaxşı tapdım özümü,
Böyrümdən keçib getmədim


✍️Ramiz Rövşən
👏14👍6😍3
Axund Azər və Kamran Ağabalayevin söhbətinə qulaq asıram.

Axund Azər gözəl bir fikir səsləndirdi. Məğzi təxminən belə idi:"Ana bətnində əl-ayağımız olmaya da bilərdi.Bəlkə də bunlar olmasaydı, yerimiz daha geniş olardı. Allah orada onun yerini dar edir..."

Bəzən "darlıq" bizim özümüzü tapmağımıza kömək edir. Həddindən artıq genişlənmək dərinləşməyə icazə vermir...

Biz genişlənmək şövqü ilə yaşayıb dərinləşmək zövqünü unuduruq...

#zaurizm
👍12👏3
https://www.instagram.com/reel/DGYUE9xtsdK/?igsh=Mmw5cm42eGc2N2l4

Əyani natiqlik təlimlərimiz başlayır...

Hər birinizi gözləyirik.😊

Əlaqə: @zaurizm
Bu gün onlayn qrupumuz başlayır.😊 2 və 5-ci günlər saat 21:00-da siz də təlimlərə qoşula bilərsiniz.

Əlaqə: @zaurizm
Forwarded from Zaur Cahangirov
Media is too big
VIEW IN TELEGRAM
Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədəbazlar!
👏9❤1👍1