"Natiqlik və ünsiyyət bacarıqları"
10.8K subscribers
1.23K photos
663 videos
9 files
601 links
Bu kanalda "Natiqlik, təqdimat və ünsiyyət bacarıqları" haqqında postlar məlumatlar paylaşılır.


☎️Dərslərlə bağlı məlumat və əlaqə: @zaurizm və +994513559121

𝐑𝐞𝐤𝐥𝐚𝐦 𝐯ə İş 𝐁𝐢𝐫𝐥𝐢𝐲𝐢:
@zaurizm



📩 zaurizmidp@gmail.com
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
6 yaşın mübarək, Zaurizm!💚
👏14❤3👍2😍1
Media is too big
VIEW IN TELEGRAM
Zaur Cahangirovun 6 illik fəaliyyətinə həsr olunan "Danışaraq böyüyən 6 il" adlı tədbir keçirilib.😊
👏5
Natiqliyin ən yüksək mərhələsi sənin fikirlərinə etiraz edən şəxslə anlaşmaq bacarığıdır...

✍️Zaur Cahangirov
👏5👍2
Forwarded from Röya Ağayeva
Media is too big
VIEW IN TELEGRAM
👏3❤1🕊1
Nitqimiz yaxşıdırsa, ömrünün yarısından çoxunu elmə həsr edib çıxış edə bilməyən birini tənqid edə bilmərik.

Eləcə də ömrünün yarısından çoxunu elmə həsr edən birinin təsirli danışan gənci "həsədlə" qınaması da doğru deyil.

Bu ölkədə danışa bilənlər edənlərlə birləşəndə gözəl işlər ortaya çıxacaq.

Ən gözəli isə edənin danışa bilməsidir. Danışa bilənin də edə bilməsi.😊

#natiqlik
👏9❤2👍1
Karyerasında Uğur Qazanmaq İstəyənlərə Xəbər Var!

📢 22 fevral tarixində xüsusi bir təlim sizi gözləyir: “Həyəcanın İdarə Edilməsi və Özünəgüvən Natiqlik Təlimi”

🎤 Səhnədə çıxış edərkən həyəcanlanırsınız?
💬 Düşündüklərinizi inamla ifadə etməkdə çətinlik çəkirsiniz?
✨ Daha peşəkar və təsirli çıxışlar etmək istəyirsiniz?

Bu təlimdə siz:
✅ Həyəcanı necə idarə etməyi öyrənəcəksiniz
✅ Özünəgüvənli şəkildə danışmağın sirlərini kəşf edəcəksiniz
✅ Auditoriyanı necə cəlb etməyi və təsirli nitq qurmağı praktiki şəkildə tətbiq edəcəksiniz

Peşəkar natiq olmaq yolunda ilk addımınızı bizimlə atın!

📅 Tarix: 22 Fevral
📍 Yer: Talktime academy
🕒 Saat: 11:30
📩 Qeydiyyat və ətraflı məlumat üçün:
055 983 35 58
Ödəniş: 30 azn

Erkən qeydiyyatdan keçənlər üçün ödəniş: 25 azn

SERTİFİKAT TƏQDİM EDİLƏCƏK

Bu fürsəti qaçırmayın – güclü natiqlik bacarıqları sizi bir addım öndə edəcək! 🚀
👍4
Media is too big
VIEW IN TELEGRAM
Eskişehirdə Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfində "Çarşamba sohbetleri" adlı görüşlər keçirilir. Mən orada yaşayanda bir dinləyici var idi. Hər həftə gələn qonağın hansı mövzuda danışacağını öncədən araşdırırdı və onda səhvlər tapırdı. Real danışım, özünü hər dəfə "ağıllı" kimi göstərməsi hamını qıcıqlandırırdı.

Bir dəfə ona çıxış etməyi təklif etdik. İmtina etdi. Çünki o da bilirdi ki, insanların önündə danışaraq təsir etmək çətindir. Ona görə asan yolu seçmişdi:"Başqalarının səhvini tutmaq".

Dostlar, mükəmməl deyilik, auditoriyada səhvlər də edəcəyik. Həyat hekayəmiz bəzən istədiyimiz kimi getməyəcək,amma cəhdlər bizi natiq edəcək. Cəhd etməkdən vaz keçməyək!

#zaurizm
👍3
İfadə edilməmiş duyğular əsla ölməzlər. Sadəcə diri-diri dəfn edilərlər və sonradan qorxunc şəkildə təzahür edərlər.

✍️Ziqmund Freyd
👏6👍1
Media is too big
VIEW IN TELEGRAM
Kitab oxumaq söz ehtiyatını artırır?🤔
👍11👏1
"Problem" sözü [prablem] olaraq tələffüz edilir.

Amma naxçıvanlılara olar.😅
😁11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Sözlərin gücü" adlı maraqlı bir çıxış😊
👏6👍3🕊1😍1
Bu aralar gülmədən,sakit, insanlarla çox da ünsiyyət qurmadan bir neçə gün keçirtmək qərarına gəlmişəm. Bəzən insanlar sevdiyi şeyləri də ertələməyi bacarmalıdır.

Bununla bağlı Zen ustası Hoteinin hekayəsini oxudum. Hotei çox gülən biri idi,amma bəzən bir ağacın altında süst şəkildə otururmuş. Biri ona sual verir:
— Gülmürsən,Hotei?
— Hazırlaşıram.
— Necə yəni?
— Özümü qəhqəhə üçün hazırlayıram. Özümə bir az istirahət şansı verməliyəm. Bütün dünyanı unutmaq məcburiyyətindəyəm,beləcə yenilənmiş olaraq geri qayıda və təkrar gülə bilərəm...


Yəni yenidən gülə bilmək üçün bəzən gülməyə ara veririk...

#zaurizm
👏11👍3😍1
Salam, indiyə qədər çıxış etmisiniz?

Etmisinizsə, həyəcanla bağlı başınıza gəlmiş hər hansı maraqlı hekayəni danışa bilərsiniz?
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zaurizm — Mənə bir az məndən danış...

Qeyd: Kitabçanı sifariş verə bilərsiniz.
❤3👏2👍1
Niyə mübahisə yaranır və "söhbət" böyüyür?


1) Günahlandırırıq.
2) Əmr cümlələrindən istifadə edirik.
3) Ümumiləşdiririk.
4) Alçaldırıq.
5) Mühakiməli yanaşırıq.
6) "İynələyən" sözlər deyirik...


Bəs bu vəziyyəti necə idarə edək?

1) Xarakteri yox, davranışı tənqid edək.
2) Empatik yanaşaq və yaxşı dinləyici olaq.
3) Qarşı tərəfi qismən qalib elan edək.😉
4) Onun xoşuna gələn cümlələr quraq.

Siz nə təklif edirsiniz?

#mübahisə #ünsiyyət #zaurizm
👍11👏7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ünsiyyətdə sinerji

1+1 sizin üçün ünsiyyətdə neçədir? 🤔
👍3🥰1