"Natiqlik və ünsiyyət bacarıqları"
10.8K subscribers
1.23K photos
663 videos
9 files
601 links
Bu kanalda "Natiqlik, təqdimat və ünsiyyət bacarıqları" haqqında postlar məlumatlar paylaşılır.


☎️Dərslərlə bağlı məlumat və əlaqə: @zaurizm və +994513559121

𝐑𝐞𝐤𝐥𝐚𝐦 𝐯ə İş 𝐁𝐢𝐫𝐥𝐢𝐲𝐢:
@zaurizm



📩 zaurizmidp@gmail.com
Download Telegram
✍️Sən heyvansan...

Kiməsə ünsiyyət prosesində "Sən heyvansan" deyəndə təhqir kimi qəbul edir...

Amma heyvanına (pişiyinə, itinə) heyvan deyəndə,-"Onun adı var, adı ilə müraciət edin",-deyə bildirir.

Dünən qrup təlimimdə buzqıran çalışmasında şəxslər bir-birinin 3 ortaq cəhətlərini tapmağa çalışdılar.

Çoxunda heyvan sevgisi ortaq idi... O anda ərəb və fars mənşəli lüğətdə "heyvan" sözünün "dirilik, həyat" mənalarını görəndə lap sevindim.Bu gözəldir.

Amma... Bir üzüldüyüm tərəf də oldu. Bunu da vurğuladım. Təəssüf ki, digər şəxslərlə ortaq cəhətlərimiz içərisində insanları sevmək yox idi...

Ay teleqram əhli, biz niyə bir-birimizi sevmirik?

#sözsatıcısı #ÜTÜ #zaurizm
👍9❤3
Media is too big
VIEW IN TELEGRAM
İnsanlar niyə natiqlik təlimlərinə qoşulmalıdırlar?

CHAT GPT cavabladı.😊
👍5👏4❤1
15 aprel 2025-ci il tarixində keçirilən “Təhsildə Mədəniyyət: Mədəni Çağırışlar” panelində spiker qismində çıxış etdim. Panel çərçivəsində məktəblərdə ünsiyyətin təkmilləşdirilməsi, natiqlik bacarığının yaxşılaşdırılması ilə bağlı fikirlərimi bölüşdüm.

Maştağa Mədəniyyət Mərkəzinin əməkdaşlarına və iştirakçılara təşəkkür edirəm. Bu cür maarifləndirici tədbirlərimiz bol olsun.

#sözsatıcısı
👏6
İnsan danışarkən kəlmələri sadə dillə ifadə etməyi bacarmalıdır...

Sadəliyin əsas yolu isə dərinlikdən keçir...

Olduğumuz yerdə genişlənməyi dərinləşməklə əvəz etmək isə mənəvi güc tələb edir...

#zaurizm
❤9👍1
Əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq...
❤7
✍️ Sevilən sahəylə "sevişmək" olarmı?

Bir bəy dostumuzun söhbət əsnasında mənə verdiyi ciddi sual...

Lüğəti açıb "sevişmək" kəlməsinə baxdım. Belə yazılıb:"Bir-birini sevmək, bir-birinə eşq yetirmək".

Yaşlılar bəzən öz xatirələrindən danışanda X adlı xanımla sevişdiyini açıq şəkildə deyir. Gənclər də elə bilir ki, bu "sevişmək" indikindəndir...

Fikir verdinizmi? Necə mənalandırılır:"Bir-birini sevmək?!".

Bunu oxuyanda özümdən soruşdum:"Mən natiqliyi sevirəm, görəsən, o da məni sevir?!"

Dostlar, sahəmizlə "sevişməy"i mən belə anladım:"Sən onu sevirsən, özünü bəzən o sahədə fəda edirsən, o da səni maddi və mənəvi zənginləşdirir".

Bu cavab yoxdursa, biz sahəmizlə bir-birimizi sevmirik...

İstəyim budur ki, sahəmizlə "sevişməy"i bulaq başında xanımını gözləyib bir dəfə də olsun onu görməyi arzulayan Məcnun kimi anlayaq. 😊

NATİQLİK BİR EŞQDİR! 😊

#sözsatıcısı
👍7👏2❤1
"Natiqlik və ünsiyyət bacarıqları" pinned «Yeni podkast var!!!!🥳 Bu səfər Zaur Cahangirov və Arif Qərib sizlər üçün "Özünəgüvənli olmaqda danışıq tərzinin rolu." mövzusunda maraqlı və faydalı fikirlərini paylaşdı. Xoş dinləmələr.💚 https://youtu.be/roEhnFTzzzw?si=Y20vCn4pgJKhrShu»
Həyatda ən xoşbəxt olduğum an itirdiyim şeylər haqqında danışanda dediyim cümlə oldu:"Nə yaxşı ki itirdim". 😊

Bu insanı böyüdür...

Bundan sonra isə belə deyək:"Nə yaxşı ki qazandım"💚

#zaurizm
👏12
"AG Company" təşkilatçılığı ilə Bazar günü "Özümü ifadə etmək istəyirəm" praktiki təlimimiz baş tutdu. 20-dən çox iştirakçı ilə ünsiyyətdə səs tonunun, göz kontaktının, hekayələşdirmənin,özünü təqdim etmənin,söz koordinasiyasının önəmindən bəhs etməklə kifayətlənməyib hər birini praktikalar vasitəsilə yaşadıq.

Sonda isə "Özümü ifadə etmək istəyirəm" cümləsini "Özümü ifadə edirəm😊" fikri ilə əvəz etdik.

#sözsatıcısı #ÜTÜ #zaurizm
👏3
"Nitqini ÜTÜ"lə" proqramı – Nitqinizin gücü nəyi dəyişir bilmək istəyirsiniz?

📌Məhz bu proqramımızda buna şahid olacaqsınız:

1️⃣ Ağız aparatı gücləndirilməsi – Dodaq və ağız tənbəlliyi, səsin tonu və vurğu ilə sənin səsin daha aydın və təsirli olacaq.


2️⃣ Tələffüz və fasilə qaydaları – C, Ç səsləri, düzgün tələffüz və fasilələrlə nitqini aydınlaşdıracaqsan.


3️⃣ Söz ehtiyatının artırılması – Söz bazanı artıraracaq və özünü daha ifadəli şəkildə çatdıracaqsan.


4️⃣ Nəfəs məşqləri- Həyəcanını nəzarət altına alacaq, səsini isə daha güclü və şiddətli edəcək.

💥Bununla bitmir + 3 fərdi təlim ilə də bunları inkişaf etdirəcəksən.

1. Bədən dili – Sözü tamamlayan bədən dilini öyrənəcək və təsirli ünsiyyət quracaqsan.

2. Həyəcanın idarəolunması – Səhnədə və ya ictimai çıxışlarda özünə güvənlə həyəcanı idarə edəcəksən.


3. Çıxış bacarığı və hazırlıq – Giriş, inkişaf və finala fokuslanmış çıxış hazırlığı ilə ən yaxşı nəticəni göstərəcəksən.


4. Hazırcavablıq və söz ehtiyatı – Təəccüblü suallara təbii və ağıllı cavab verərək, doğru sözləri seçməyi öyrənəcəksən.

5. Hekayələşdirmə – Hekayə qurma bacarığı ilə fikirlərini dinləyici üzərində daha böyük təsir qoyacaq.

😊Sözlər yalnız səslənmir, hər biri bir təsir yaradır.

Əlaqə üçün: 055-293-45-83
❤3👍2👏1
✍️Çıxışını məhv etməyin üçün sənə 5 yol:

1) Uzun-uzun danış. Camaatın vaxtını al + boş danış.
2) Robot kimi yavaş-yavaş cümlələrini de.Auditoriya telefonla oynamağa başlasın.
3) Ancaq özündən danış. Səndən yoxdur axı...
4) Slaydında çoxlu yazılar olsun və onu üzündən oxu. Bilgili olduğunu hamı bilsin...
5) Özünü Amerikanın hansısa əyalətində hiss edərək dayanmadan hərəkət edərək "motivasiya" ver... Sonra da Bakının tıxacında ölkənin durumundan şikayət et😅

Siz hansı punktları əlavə edərdiniz?

#sözsatıcısı #zaurizm
👏15👍1
Media is too big
VIEW IN TELEGRAM
Təlimlərimizdə iştirak edən Aytən Əzimovanı "Veritas" forumunda çıxışa hazırladıq. Aytən xanım "Kayu" obrazı ilə ingilis dilini öyrənməyin yollarından danışdı. Hekayələşdirmə bacarığından istifadə etdi və Kayunu Hüseynqulu əmi, Tıq-tıq xanım obrazları ilə görüşdürdü.

Siz də çıxışlarınıza bizimlə hazırlaşa bilərsiniz.👍

#sözsatıcısı #zaurizm #ÜTÜ
👏3
Mən zəif natiq olanda ancaq danışıram...
Orta səviyyəli natiq olanda mənim haqqımda danışırlar.
Güclü natiq olanda isə mən insanları danışdıra bilirəm... 😊

✍️Zaurizm
❤8👏3👍1