Operativ Məlumat Mərkəzi
✔
88.4K subscribers
24.9K photos
6.58K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🔴Naxçıvan aeroportu hazırda belə görünür
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢24❤5😱5👍2
⚡️İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerleşdiriliblər. Onların vəziyyətləri stabildir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢30😭8🤔2👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢28😱9❤4🤔3👍1
Müdafiə Nazirliyi: 5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
❤18🔥3👍2
⚡️⚡️⚡️⚡️⚡️İranın Naxçıvan Hava Limanını hədəf seçməsi təsadüfi deyil

İranın məhz Naxçıvan Beynəlxalq Hava Limanını vurması strateji məntiqə söykənən addım kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisi ilə quru bağlantısına malik deyil və faktiki olaraq bu əlaqə əsasən hava nəqliyyatı vasitəsilə təmin olunur. Bu baxımdan hava limanı Naxçıvanın Azərbaycanla logistik və kommunikasiya baxımından ən kritik infrastrukturlarından biridir.

Hava limanının hədəfə alınması Naxçıvanın ölkənin əsas hissəsi ilə əlaqəsini zəiflətmək və ya mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıya bilər. Başqa sözlə, bu cür zərbə təkcə hərbi obyektə yönəlmiş hücum deyil, həm də regionun kommunikasiya imkanlarına təsir göstərməyə hesablanmış addım kimi qiymətləndirilir.

Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan tərəfindən Naxçıvanın blokadaya alınması siyasəti çərçivəsində oxşar metodlardan istifadə olunmuşdu. Həmin dövrdə məqsəd Naxçıvanı Azərbaycanın əsas hissəsindən mümkün qədər təcrid etmək idi. İndi İranın bu infrastrukturu hədəf seçməsi müəyyən mənada həmin strategiyanın təkrarını xatırladır.

Beləliklə, Naxçıvan hava limanının vurulması təkcə taktiki deyil, həm də psixoloji və kommunikasiya xarakterli təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁17❤13👍8💔8🤔4😱3
İranın dərs saatlarında məktəbi hədəfə alması təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Uşaqların təhsil aldığı vaxtda tədris müəssisəsinin vurulması mülki infrastruktura qarşı yönəlmiş açıq hücumdur və bu, molla rejiminin əsl simasını ortaya qoyur.

Bu addım göstərir ki, Tehran hərbi obyektləri deyil, qorunmasız mülki hədəfləri seçir. Məktəbin vurulması faktiki olaraq uşaqların həyatını riskə atmaq deməkdir və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Maraqlı məqam ondan ibarətdir ki, regionda ABŞ və Avropa İttifaqının müxtəlif hərbi missiyaları və bazaları mövcuddur və onların bir hissəsi məhz Ermənistanda yerləşir. Buna baxmayaraq, İran həmin obyektləri deyil, Azərbaycanın mülki infrastrukturunu və dinc əhalisini hədəf alır.

Bu fakt Tehran rejiminin prioritetlərini açıq göstərir. Molla rejimi real hərbi qarşıdurmadan qaçaraq diqqəti mülki obyektlərə yönəldir və bununla da özünün təhlükəli və qeyri-humanist mahiyyətini nümayiş etdirir.

Belə hücumlar İran rejiminin regionda sabitlik yaradan deyil, əksinə, dinc insanları hədəfə alan destruktiv aktor olduğunu bir daha ortaya qoyur. Məktəbin vurulması isə bu siyasətin ən faciəvi və ən qəbuledilməz təzahürlərindən biridir – bu, faktiki olaraq “uşaq qatili” yanaşmasının açıq nümayişidir.


"Operativ Məlumat Mərkəzi-OMM"
❤27👍13🔥1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😨22🤔4😁3❤1👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəkərabad kənd məktəbinin yaxınlığına düşən dron
😨14❤4👍1
🔴Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Telefon danışığı zamanı, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤24👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranda həlak olan hərbçilər ilə vida mərasimi keçirilir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁78🤷‍♂8😢8👍7❤3🔥3
⚡️Kreml: Rusiya İrandan hərbi yardım da daxil olmaqla heç bir yardım istəyi almayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10😁7👍3🤓3❤‍🔥1
🔴Qətərin Xarici İşlər Nazirliyi İranın Azərbaycana zərbələrini pisləyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍49❤11🤔1
✔️Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub. Təxliyə edilənlərin 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21❤1🤔1