Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
✔️XİN: Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.

İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19👍4🙏3
🇦🇱🇦🇿Albaniya Prezidenti Bayram Beqay İlham Əliyevə zəng edib.

Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.

Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍10
🇦🇿🇹🇷Bayramov İstanbulda Hakan Fidanla görüşdü
❤33👍8😁4
☄️Tramp İranla bağlı: Onların rabitə və telekommunikasiya vasitələri artıq yoxdur. İndi necə ünsiyyət qurduqlarını bilmirəm, amma düşünürəm ki, bir şey tapacaqlar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁26👍5❤3🤔3
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng edib.

Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.
❤17👍10
🇹🇷🇦🇿Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
❤29👍10🔥2
⚡️🇮🇷 İranın yeni Ali Lideri növbəti 24 saat ərzində keçiriləcək iclasda seçiləcək — "Mehr" Xəbər Agentliyi.
😁27❤8👍4🔥1🤩1
❗️Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədilər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26👍7🔥2
⚡️ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb:

Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır. Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍7❤‍🔥2🤔2🔥1
🇦🇿🇭🇺 Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib.
👍15🔥7❤‍🔥4❤3
⚡️İlham Əliyev paylaşım edib:

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤39👍8🔥2😁1😭1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱14🔥12❤5👍3😁1
Operativ Məlumat Mərkəzi
⚡️ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb: Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız…
⚡️XİN: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə edən bəyanatını yüksək qiymətləndiririk.

Bu bəyanatla, ABŞ tərəfi öz tərəfdaşlarına olan dəstəyini bütün dünyaya nümayiş etdirib.

ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin 10 fevral tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur.

Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə minnətdarıq.

Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29🤔6👍2
⚡️Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat məlumatı

7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurmuşdur.

Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılmışdır.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.
❤12🤷‍♂8👍1
❗️”Əl-Hədət” TV-nin məlumatına görə, İranın sabiq Ali Lideri Əli Xameneinin oğlu Müctəba Xamenei hücumlardan birində yaralanıb.
👍42😢5😁3🔥2😎1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29😱7😭6👍4🔥1😁1💔1
❗️Netanyahu: İranın hücumuna məruz qalan ölkələr, onları taleyin ümidinə buraxan Qərb liderlərinin zəifliyini və çarəsizliyini görürlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍25😁6
❤️💐 Bu gün Beynəlxalq Qadınlar Günüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" mərhəmət, sevgi və fədakarlığın rəmzi olan qadınları ürəkdən təbrik edir!
❤28👍5🤓1
❗️Mehriban Əliyeva paylaşım edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45👍4
⚡️Əli Laricani: Bizim Azərbaycanla heç bir problemimiz yoxdur. Lakin İrana qarşı hər hansı plan və ya uçuşlar həmin ölkənin ərazisindən həyata keçirilərsə, biz cavab verəcəyik.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤓24❤8🤔5👍4😎2