Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🇦🇿🇹🇲Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.
👍14🔥1
⚡️ Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
👍9🤷‍♂2🔥1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎵🇦🇿 Paşinyan Türkmənistanda Azərbaycan mahnısının sədaları altında video çəkib

📹 Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda musiqili fəvvarənin qarşısında, Azərbaycan mahnısı “Aram Aram” səslənərkən video çəkib.

🎤 Zeynəb Həsənovanın ifa etdiyi mahnı 2023-cü ilin noyabrında yayımlanıb.
😁46❤10🤷‍♂1🔥1
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
❤5👍5🤷‍♂1🔥1😁1
🇦🇿🇦🇲 Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
🕊6❤2👍2
🇦🇿 İlham Əliyev: MDB siyasi dialoq və əməkdaşlıq platformasıdır

🌐 Prezident İlham Əliyev bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 35 illiyi qeyd olunur.

🤝 Dövlət başçısının sözlərinə görə, MDB son illərdə siyasi dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platforma kimi formalaşıb.

🏛 İlham Əliyev humanitar əməkdaşlığın da əsas istiqamətlərdən biri olduğunu vurğulayıb və Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini dəstəkləyən dövlət başçılarına təşəkkür edib.

📍 Prezident qeyd edib ki, ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlara bölgənin qədim tarixi, sürətli dirçəlişi və bərpa işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı yaradıb.
👍14
🚨 Qaradağda əsgərləri daşıyan avtobus aşıb

🚌 Səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.

⚠️ İlkin məlumata görə, avtobus gənc əsgərləri daşıyırmış. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

🔎 Qəzanın səbəbləri və yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat yoxdur. (oxu.az)
😨16😱7👍2❤1😢1
🇦🇿 Azərbaycan 2027-ci ildə MDB-də həmsədr olacaq

🤝 Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dair qərara dəstəyə görə təşəkkür edib.

📌 Dövlət başçısı bunu Azərbaycana göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını bildirib.

🌐 İlham Əliyev, həmçinin Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazır olduğunu açıqlayıb.
👍8❤2
❗️MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasından görüntülər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍16
❗🇦🇿 Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir
👍11❤2
MDB dövlət başçıları görüşü çərçivəsində İlham Əliyevin Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşü olub
👍7
Görüşdən fotolar
👍11
🌧 Sabah Bakıda güclü yağış yağacaq – XƏBƏRDARLIQ

⛈ Oktyabrın 10-da Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimal edilir.

🌬 Axşama doğru yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

🌡 Bakıda temperatur:
Gecə: 14–17°
Gündüz: 19–21°

🌦 Bölgələrdə də yağış, bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

🏔 Dağlıq ərazilərdə temperatur:
Gecə: 2–6°
Gündüz: 7–12°

Yaşadığınız yerin havasını öyrənmək üçün daxil ola bilərsiniz 👉 https://operativmm.az/az/hava
👍4🙏2🥰1
🇦🇿 Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
👍6❤2😁1
İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib
👍6❤4