Operativ Məlumat Mərkəzi
✔
88.6K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Gədəbəydə sərxoş sürücünün törətdiyi qəzada həyat yoldaşı ölüb

💔 Oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayonunun Çanaqçı kəndində “VAZ” markalı avtomobil aşıb.

🚗 BDYPİ-nin məlumatına görə, rayon sakini Şükür Ələkbərov şənlikdə spirtli içki qəbul etdikdən sonra avtomobili idarə edib.

⚠️ Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində ölüb, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.

⚖️ Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
😢11👍4
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
👍19❤‍🔥16😨14❤4🔥3💔1
🇦🇿🇷🇺Sergey Lavrov Bakıya gəlib
👍17😨7🤔4🤷‍♂1😁1
🇦🇿🇰🇿 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
👍21
🇹🇷🇦🇿 Bahçeli: Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir

🗣️ Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Azərbaycan-Türkiyə münasibətləri barədə açıqlama verib.

📢 “Keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir.

İki ölkə arasındakı qardaşlıq hüququnu zədələməyə yönəlmiş istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlayış və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır”, – deyə Bahçeli bildirib.
👍24❤5❤‍🔥5🤓2
🇦🇿🇱🇰 İlham Əliyev Şri-Lankanın xarici işlər nazirini qəbul edib

📍 Prezident İlham Əliyev oktyabrın 14-də Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.

🤝 Görüşdə Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və Bakıda keçirilən Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb. Qonaq tədbirə dəvətə görə təşəkkür edib, Azərbaycanın Şri-Lankaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirib.

🌐 Tərəflər BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əməkdaşlığı müsbət dəyərləndiriblər.

📌 Görüşdə, həmçinin iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsi, eləcə də Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsili ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
👍14
🇦🇿🇻🇳 İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər

📍 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 14-də Vyetnamın vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər.

🤝 Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafı, eləcə də iki ölkə arasında tarixi əlaqələr vurğulanıb.

📌 Tərəflər iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm və investisiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Viza rejiminin sadələşdirilməsi məsələsi də diqqət mərkəzində olub.

⚡ Energetika sahəsində tərəfdaşlıq, o cümlədən SOCAR ilə “PetroVyetnam” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

🌐 Vyetnam tərəfi Azərbaycanın AQEM-ə sədrliyini və Zirvə Görüşünün Bakıda keçirilməsini yüksək qiymətləndirib. Həmçinin Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkür bildirilib.
👍15🤷‍♂2❤1
🇦🇿🇮🇱 İlham Əliyev İsrail Prezidenti ilə görüşüb

📍 Prezident İlham Əliyevin oktyabrın 14-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşü olub.

🤝 Görüşdə İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə AQEM-ə sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirib.

🌐 Tərəflər AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.

📌 Görüşdə, həmçinin Azərbaycan-İsrail münasibətləri, eləcə də beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
👍22😨9❤‍🔥6❤3🤔2
🇦🇿🇨🇳 İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib

📍 Prezident İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Vanq Yini qəbul edib.

🤝 Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının inkişafı, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyəti və ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə olunub.

🌐 Çin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Prezident İlham Əliyev isə Azərbaycanın “Vahid Çin” siyasətinə dəstəyini bir daha ifadə edib.

🚆 Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsü, Orta Dəhliz, iqtisadi-ticari əlaqələr və Çin şirkətlərinin Azərbaycandakı investisiya layihələri üzrə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

⚡ Görüşdə bərpaolunan enerji sahəsində tərəfdaşlıq, həmçinin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri də müzakirə edilib.
👍23
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
👍21❤2
Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana gəlib.
❤28👍12😎1
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
👍20❤‍🔥7❤1
⚡️Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
👍24❤2
🚨Bakıda 10 nəfər məktəbə HÜCUM ETDİ - DETALLAR

Ətraflı 👉 operativmm.az
👍11😨10😱3🔥1