Operativ Məlumat Mərkəzi
✔
88.7K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🇦🇿🇹🇷 İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
❤14👍11
SON DƏQİQƏ❗️Bakı məktəbində daha bir İNSİDENT - Bu dəfə kosmetikaya görə - DETALLAR

ƏTRAFLI ŞƏRHDƏ 👉 operativmm.az
🤷‍♂11👍4❤2🆒2
🦠Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti oktyabrın 1-dən yanvarın 2-nə qədər uzadılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤓17👍6❤4😁2
🤯 BANK VTB NƏ EDİR BELƏ?! DEPOZİTLƏR UÇUR, İSTEHLAK KREDİTLƏRİ PARTLAYIR! 💥

📈 Cəmi 9 ayda — ikiqat diqqətçəkən nəticə!

💰 DEPOZİTLƏR: +50% 🔥
+53,4 milyon manat!

💸 İSTEHLAK KREDİT PORTFELİ: +47% 🚀
+52 milyon manat!

😳 Depozitlərdə 50%-lik, istehlak kredit portfelində isə 47%-lik artım!

Bank VTB Azərbaycan sürət yığır… 🚀
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6😁4❤3🤷‍♂1🤔1
🇺🇸 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

• ABŞ Maliyyə Nazirliyi bildirib ki, sanksiyalar İranın beynəlxalq maliyyə şəbəkələrini və ona bağlı paralel bankçılıq sistemini hədəf alır.
👍5🔥1
🇦🇿🇹🇷 Ceyhun Bayramov Hakan Fidanla görüşüb

🤝 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

📌 Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
❤17👍11
🚨 Kürdəmir yolunda ağır qəza: ölən var

📍 Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində yük maşınları toqquşub.

🚛 İmişli sakini Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.

⚠️ Nəticədə “Isuzu”da sərnişin olan 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
😭10❤2😱2😢2
🇮🇷🇦🇲 İran Prezidenti Məsud Pezeşkian İrəvana səfər edib.

🌿 İran lideri Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində keçiriləcək liderlər sammitində iştirak edəcək.
🔥5😁4❤1🤷‍♂1😱1
📢 Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı dini-ideoloji təxribatların, informasiya əməliyyatlarının və kiberhücumların artdığını bildirib.

🔎 Bəyanatda qeyd olunub ki, saxta hesablar, botlar, xarici media qurumları və haker qrupları vasitəsilə ictimai rəyə təsir göstərməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa cəhd edilir.

📱 Komissiya sosial şəbəkələrdə emosional paylaşımlar və saxta məlumatlar vasitəsilə insanların manipulyasiya olunduğunu, milli, dini və siyasi zəmində qarşıdurma yaratmağa çalışıldığını vurğulayıb.

🇦🇿 Bəyanatda bildirilib ki, aidiyyəti dövlət qurumları bu təhdidlərə qarşı mübarizəni davam etdirir. Komissiya, həmçinin Azərbaycana qarşı yönələn fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkür edib.
😁7👍4❤1🤔1
🚨 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

📍 Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.

👮 Hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis tərəfindən saxlanılıb və həbs edilib.

🔎 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
👍25😨5❤2
📰 Mətbuat Şurasının IX qurultayı keçirilir Tədbirdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

🗳 Qurultayda İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

📌 Seçki bülleteninə 46 namizəd daxil edilib. Onlardan jurnalistlər arasından 14, ictimaiyyət nümayəndələri arasından isə 9 nəfərin İdarə Heyətinə seçilməsi nəzərdə tutulur.

🇦🇿 Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət də ünvanlayıblar. Müraciətdə medianın inkişafı, jurnalistlərin peşəkarlığı, informasiya təhlükəsizliyi və milli maraqların qorunması məsələləri vurğulanıb.
👍5
❕Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
📈Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
👍11
❗️Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasına (MŞ) yeni sədr seçilib.
👍13❤4🤷‍♂3
⚡️Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
👍16💔2🤔1
🇦🇿 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib

🏅 Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

📌 Təltif olunanlar:
▪️ Elvin Astanov
▪️ Ramil Qasımov
▪️ Pərvin Məmmədov
▪️ Oloxan Musayev
👍13❤1
🇦🇿🇬🇪Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
👍11❤7
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda görüş keçiriblər

Görüş İrəvanda COP17 liderləri sammiti çərçivəsində baş tutub. Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.

İran liderinin mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
👍4🤔3😱2❤1
🚨 Türkiyə vətəndaşı Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırışlara görə beynəlxalq axtarışa verilib

⚖️ Baş Prokurorluq Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başladıb.

📌 Araşdırmalar zamanı Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçinin sosial şəbəkələrdə bu xarakterli materiallar paylaşdığı müəyyən edilib.

🔎 Oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. Celal Çiftçi təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib.

🇹🇷 Baş Prokurorluq Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərib. Hazırda ibtidai istintaq davam etdirilir.
👍17😁11❤4🔥1🤔1