Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🇦🇿Bu gün Zəngilanın azad edilməsindən altı il ötür.
👍21❤9😭1
⚽️🇦🇿 “Sabah” bu gün “Borussiya” ilə qarşılaşacaq

🏆 “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində III tur oyununa çıxacaq. Bakı təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə üz-üzə gələcək.

📍 Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

👨‍⚖️ Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
👍21❤1
Media is too big
VIEW IN TELEGRAM
🚨 AQTA “Çıraq Palace” şadlıq sarayında nöqsanlar aşkarlayıb

📍 Mediada qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlardan sonra AQTA şadlıq sarayında plandankənar yoxlama keçirib.

⚠️ Yoxlama zamanı ət məhsullarının miqdarı ilə baytarlıq sənədlərindəki göstəricilərin uyğun gəlmədiyi, ətlərin lazımi temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müəyyən edilib.

🔎 Həmçinin qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edildiyi aşkarlanıb.

⚖️ Faktlarla bağlı inzibati protokol tərtib edilib. Nöqsanlar aradan qaldırılanadək dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
👍17😱1
🇫🇷📚 Fransada etirazlar zamanı kitab mağazasını bağlamadı: “Açığıq” yazısı qoydu

📍 Fransada etirazlardan sonra küçələrdə yaranan qarışıqlıq fonunda bir kitab mağazasının sahibinin davranışı diqqət çəkib.

🪧 Ətrafı tüstü, zibil və qutularla dolu olan mağazanın sahibi iş yerini bağlamayıb. O, mağazanın qarşısına “Xoş gəlmisiniz / Açığıq” yazısı qoyaraq müştərilərini gözləyib.

📚 Mağazanın içində kitabların səliqəli şəkildə qalması və şüşələrin salamat olması da diqqət çəkib. Sahib müştəriləri içəri dəvət etsə də, heç kimin mağazaya daxil olmaması maraqlı mənzərə yaradıb.
😁3❤1👍1
🌧 Azərbaycanda leysan, dolu və qar gözlənilir

📍 Oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.

⛈ Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək və dolu ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 22-də isə bəzi yerlərdə yağıntıların güclənəcəyi gözlənilir.

⚠️ Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Yaşadığınız yerin havasını öyrənmək üçün daxil ola bilərsiniz 👉 https://operativmm.az/az/hava
❤4🤷‍♂1👍1🥰1
⚡️İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
❤4👍2
🔴 Azərbaycanda Qarabağ Milli Parkı yaradılır

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥6👍1
🇦🇿Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam
❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
🚨Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM