Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🥋🇦🇿 İlham Əliyev dünya çempionu olan Əhməd Yusifovu təbrik edib

🏆 Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

🥇 Dövlət başçısı çempionatda qızıl medal qazanan Əhməd Yusifovla görüşüb və onu böyük qələbəsi münasibətilə təbrik edib.

🇦🇿 Prezident bildirib ki, doğma Vətəndə dünya çempionu olmaq böyük nailiyyətdir və Əhməd Yusifovun qələbəsi bütün xalqı sevindirib.

🤝 İlham Əliyev gənc idmançıya gələcək yarışlarda uğurlar arzulayıb. Əhməd Yusifov isə təşəkkürünü bildirib.
👍19❤10
Forwarded from İlham Əliyev
Media is too big
VIEW IN TELEGRAM
Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı.
👍14❤10
🇦🇿🇺🇸 Ceyhun Bayramov Marko Rubio ilə telefonla danışıb

📞 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

🤝 Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

📌 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə əldə olunan irəliləyişlər qeyd olunub. Strateji Tərəfdaşlıq Xartiyasında müəyyənləşdirilən prioritetlər üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

⚡️ 2026-cı ildə enerji, investisiya, rəqəmsal texnologiyalar və ticarət sahələrində imzalanan sənədlərin əməkdaşlığın praktiki məzmununu genişləndirdiyi bildirilib.

🕊 Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə qarşı tərəfə məlumat verib.
👍7❤1
Forwarded from İlham Əliyev
Media is too big
VIEW IN TELEGRAM
Cüdo üzrə dünya çempionatının açılış mərasimi
👍11❤5🤷‍♂1
🇹🇷🇵🇰🇸🇦 Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək

🪖 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində kollektiv müdafiə öhdəliklərinin icrasına başlayacaq.

📍 Birgə bəyanata əsasən, razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi ilə bağlı tədbirlər görüləcək.

🤝 Tərəflər hər üç ölkənin təhlükəsizliyinin bir-birinin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyiblər.

⚠️ Bəyanatda Məkkə və Mədinəyə yönəlmiş hücum cəhdləri, eləcə də Səudiyyə Ərəbistanındakı şəhərlərə, mülki və iqtisadi obyektlərə hücumlar pislənib.

🎖 Pakistanlı general-leytenant Nauman Mahmud isə Məkkə Müdafiə İttifaqının baş katibi seçilib.
👍18😁3❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan parlamentinin növbəti iclası zamanı deputatlar arasında əlbəyaxa dava düşüb.
😁23❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️ Qaxda ağır qəza: 17 yaşlı yeniyetmə ölüb, 4 nəfər yaralanıb

Hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində baş verib.

▪️Kamran Məmmədovun idarə etdiyi “Opel” əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.

▪️ Qəza nəticəsində 17 yaşlı Elcan Muxtarov ölüb.

🔻16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
😢14❤4😱1🙏1
🎓IELTS imtahanları DİM-də təşkil olunacaq

🗓İlk IELTS imtahanı 19 noyabr 2026-cı ildə DİM-də keçiriləcək.

📝İmtahanda iştirak etmək üçün qeydiyyat və ödəniş IELTS portalı üzərindən həyata keçirilir.

📌Dövlət İmtahan Mərkəzi (DİM) isə yalnız rəsmi qeydiyyat mərkəzi (Registration Center) kimi çıxış edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤4
🚨 14 yaşlı qızın görüntülərini yayan şəxs 5 il həbs edildi

⚖️ Bakıda yetkinlik yaşına çatmayan qızın intim görüntülərini sosial şəbəkələrdə və yaxınlarına yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

📱 İstintaq materiallarına görə, 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar şərtidir) 14 yaşlı qızın görüntülərini əldə edərək saxlayıb. Daha sonra qızın onu sosial şəbəkədə bloklamasından sonra həmin videoları onun anasına və digər qohumlarına göndərib.

⚖️ Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə M.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

🔒 O, oktyabrın 1-də keçirilən məhkəmə iclasında həbs olunub.
👍40😱6❤5
🌡🔥 Azərbaycanın son 10 ilin ən isti yaylarından biri olub

☀️ 2026-cı ilin yayı Azərbaycanda son 10 ilin ən isti yay fəsillərindən biri kimi qeydə alınıb.

📍 Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ilin ən yüksək temperaturu iyul ayında müşahidə olunub.

🌡 Bakıda və Abşeron yarımadasında 40°C, Ordubad və Kürdəmirdə isə 41°C isti qeydə alınıb.

Yaşadığınız yerin havasını öyrənmək üçün daxil ola bilərsiniz 👉 https://operativmm.az/az/hava
❤‍🔥7👍3😁2🤓1
⚡️Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
👍15❤2😭1
TƏCİLİ❗️Kənd yumurtası BAHALAŞDI

Ətraflı👉 operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁26👍1🥰1
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
🤔13👍5😱5
💰 Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək

⚖️ Yeni qanun layihəsinə əsasən, korrupsiya faktı barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat ödəniləcək.

📌 Məlumat təsdiqlənərsə, mükafat 10 iş günü ərzində təşkilat rəhbərinin qərarı ilə veriləcək. Məbləğ hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlər nəzərə alınmaqla müəyyənləşdiriləcək.

💵 Bundan əlavə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə biləcək.

🧾 Ən diqqətçəkən məqamlardan biri isə odur ki, veriləcək mükafatın gəlir vergisindən azad edilməsi təklif olunur.

📍 Qanun layihəsi Milli Məclisin iki komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.
👍37😁22❤‍🔥3❤3💯1
⚡️Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olsa, ailəsinə 20 min manat ödəniləcək
❤15👍10❤‍🔥2
🛑Korrupsiya ilə əlaqədar məlumatda əldə olunmasına məhdudiyyət qoyulan informasiya olsa, qanunazidd hesab edilməyəcək;

🛑Korrupsiya ilə bağlı məlumat verən şəxs təhlükəsizliyinin qorunmasını tələb edə, kompensasiya ala biləcək;

🛑Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlara 20 iş günü ərzində baxılacaq.
❤11👍10🔥2❤‍🔥1
🥋🌍 Bakıda sumo üzrə dünya çempionatı keçiriləcək

🇦🇿 Oktyabrın 17-18-də Bakı İdman Sarayında sumo üzrə dünya çempionatı təşkil olunacaq.

🌎 Çempionatda dünyanın 30-a yaxın ölkəsindən idmançıların iştirakı gözlənilir. Kişilər, qadınlar və 18 yaşadək yeniyetmələr fərdi və komanda yarışlarında mübarizə aparacaqlar.

🇯🇵 Yarışlar ənənəvi yapon sumosundakı xüsusi “dohyo” meydanında keçiriləcək. Açılış mərasimində şou proqramı da təqdim olunacaq.

📅 17 oktyabr: 18 yaşadək qızlar və oğlanlar
📅 18 oktyabr: kişilər və qadınlar
👍15❤6😁6😱3
🇦🇷💔 Messi milli formaya vida edir

🗣️ “O an gəldi. Rahatlıq içində ayrılıram, hər şeyimi verdim.

👕 Bu forma illər boyu arzum, qürurum və həyatım oldu. Məni bu qədər çox sevdiyiniz üçün təşəkkür edirəm.

❤️ Sizi hər zaman qəlbimdə daşıyacağam”.
🔥20❤‍🔥9👍6🤷‍♂2❤1
👔🏫 Müəllimlər üçün yeni geyim qaydaları təsdiqləndi

📌 Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyim tələblərini təsdiqləyib.

👕 Qaydalara əsasən, müəllimlərin geyimi təmiz, səliqəli, sadə və işgüzar üslubda, mövsümə və pedaqoji fəaliyyətin xarakterinə uyğun olmalıdır.

🚫 Şagirdlərin diqqətini yayındıran, müəllimin fəaliyyətinə mane olan və müəyyən edilmiş işgüzar üsluba uyğun gəlməyən geyimlərə yol verilməyəcək.

🇦🇿 Milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər.

⚠️ Vacib: Söhbət müəllimlər üçün vahid formadan getmir. Qaydalar dress-kod tələblərini müəyyən edir.
👍22❤1