Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🇦🇿🕯"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb

🚨 Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Quliyev Ukraynadakı müharibə zamanı dron hücumu nəticəsində həyatını itirib.

🩺 Həkim kimi Ukrayna tərəfindən hərbi xidmətə çağırılan Vahab Quliyev xidmət müddətində iki dəfə yaralanıb, müalicə olunduqdan sonra yenidən döyüşlərə qayıdıb.

💥 O, bir neçə gün əvvəl Kupyansk istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsi nəticəsində həlak olub.

🎓 Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub, Moskvada namizədlik dissertasiyası müdafiə edib. O, 30 ildən çox Ukraynada yaşayıb. Vahab Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

🕊 Nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
😢28❤3👍2
🇦🇿🇺🇦 Azərbaycandan Ukraynaya 2,5 milyon manatlıq humanitar yardım

⚡️ Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb.

📦 Sumqayıt Texnologiyalar Parkından göndərilən yükün tərkibində kabel, naqil, transformator və digər elektrik avadanlıqları yer alıb.

💰 Yardımın ümumi dəyəri 2,5 milyon manatdır.
🕊11👍8😁3🤷‍♂1😨1
🦆🏹 Azərbaycanda oktyabrın 10-dan etibarən ov mövsümü açıq elan ediləcək.
👍10😢9😭2🥰1
⚡️⚡️⚡️Daha bir qida məhsulunun qiyməti KƏSKİN ARTDI

Ətraflı şərhdə
👉 operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😭7❤2🤔2
🇹🇷⚡️ İzmirdə tarixi siyasi dəyişiklik!

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tugay AK Partiyə qoşulub. Beləliklə, Türkiyənin CHP-nin əsas siyasi dayaqlarından sayılan İzmirdə bələdiyyənin siyasi rəhbərliyi ilk dəfə AK Partiyə keçib.

📌 Bəs İzmir niyə AK Parti üçün bu qədər önəmlidir? CHP bu şəhərdə niyə güclüdür? Tugayın keçidi Türkiyə siyasətində nəyi dəyişə bilər?

🔎 Bütün detallar və geniş təhlil "Operativ Məlumat Mərkəzi - OMM"-də
❤8👍8
🇦🇲🇷🇺Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
🤷‍♂8🤔1😭1
🚠 Bakıda kanat yolu olacaq? – AÇIQLAMA

🇦🇿 Hazırda Bakı şəhərində sərnişin kanat yolu layihəsi ilkin araşdırma və qiymətləndirmə mərhələsindədir.

📌 “Bakı Metropoliteni”nin məlumatına görə, layihənin marşrutu, texniki parametrləri, icra müddəti və maliyyələşməsi ilə bağlı yekun qərar hələ verilməyib.

🔎 Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 2-də imzaladığı fərmanla “Bakı Metropoliteni”nə sərnişin kanat yollarının layihələndirilməsi və tikintisi, idarə olunması və gediş haqqı sisteminin təşkili ilə bağlı yeni səlahiyyətlər verilib. (Trend)
👍11🤷‍♂4
🚨 Bakı–Qazax yolunda ağır qəza: 3 nəfər öldü

🚛 Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili qəza törədərək aşıb.

⚠️ İlkin məlumata görə, sürücü idarəetməni itirib və avtomobil dəmir maneəyə çırpılıb.

💔 Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
😢16❤3🙏1
🇦🇿🇷🇺 İlham Əliyev Vladimir Putinə zəng edib

📞 Prezident İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onu ad günü münasibətilə təbrik edib.

🎉 Dövlət başçısı Putinə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

🤝 Telefon danışığı zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın müxtəlif sahələr üzrə inkişaf perspektivləri müzakirə edilib.
👍13😁7🤷‍♂3❤1
🚨 Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal

💔 Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

📱 Məlumata görə, şübhəli Müseyib Əhmədov hadisədən əvvəl sosial şəbəkə hesabında təhdid və intiqam xarakterli paylaşımlar edib.

🔪 Bildirilir ki, Binə qəsəbəsində qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan şübhəli, barışmaq istəməməsinə görə Fatiməyə bıçaqla xəsarətlər yetirib. Qadın xəstəxanada dünyasını dəyişib.

⚖️ Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.
😱9❤5🤷‍♂4😨4
🇦🇿🇩🇪 Keçmiş Almaniya kəşfiyyat rəhbəri ilə bağlı istintaq Azərbaycanla əlaqəli deyil

🔎 Məlumatlı mənbələr AnewZ-ə bildiriblər ki, Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

📌 Mənbələrin sözlərinə görə, Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər.

📄 Bildirilir ki, Hanninqin əldə etdiyi iddia olunan məxfi materiallardan əsas materialları üçüncü tərəflərə ötürmədən analitik hesabatlar hazırlamaq üçün özü istifadə edib.

⚠️ Almaniya prokurorları xarici kəşfiyyat xidmətlərinin və ya əlaqəli ölkələrin adlarını açıqlamayıb.

🇦🇿 Azərbaycan Media və Yayım Şurası isə ölkəni bu işlə əlaqələndirən məlumatları dezinformasiya adlandırıb.
👍5😁5❤3
❗️Paşinyandan Musayev ilə bağlı VACİB AÇIQLAMA

📌 Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev tutularkən müqavimət göstərməyib.

⚡️ Paşinyanın sözlərinə görə, hərbçinin üzərində odlu silah olub və onun müəyyən xəsarətləri də qeydə alınıb.

🗣Ermənistanın müdafiə naziri Suren Papikyan isə azərbaycanlı hərbçinin “diversant olmadığını” deyib. Onun sözlərinə görə, saxlanılarkən müqavimət göstərməməsi də bunu göstərir.

⚖️Papikyan həmçinin bildirib ki, insident barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb və axtarış işləri aparılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍5🤔4💔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib
👍22
⚠️Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢16🤔7
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
👍21❤2
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. Dövlətimizin başçısı tədbirdə iştirak edir.
👍15❤5
⚖️ Dövlət Xidmətinin vəzifəli şəxsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

📌 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin sabiq vəzifəli şəxsi İlham Məmmədli və Mirhəmdulla Əmirov barəsində cinayət işinin istintaqı başa çatıb.

🔎 İstintaqla İlham Məmmədlinin Mirhəmdulla Əmirovun işə gəlmədiyi halda hərbi təlim toplanışlarında iştirak etməsi barədə saxta arayışlar tərtib etdiyi və bunun nəticəsində ona əsassız əməkhaqqı ödənildiyi barədə əsaslı şübhələr müəyyən edilib.

📄 Hər iki şəxsə müxtəlif maddələrlə ittiham elan olunub. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

🏛️ Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
❤7👍3🤔1