Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir. Dövlətimizin başçısı tədbirdə iştirak edir.
👍15❤5
⚖️ Dövlət Xidmətinin vəzifəli şəxsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

📌 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin sabiq vəzifəli şəxsi İlham Məmmədli və Mirhəmdulla Əmirov barəsində cinayət işinin istintaqı başa çatıb.

🔎 İstintaqla İlham Məmmədlinin Mirhəmdulla Əmirovun işə gəlmədiyi halda hərbi təlim toplanışlarında iştirak etməsi barədə saxta arayışlar tərtib etdiyi və bunun nəticəsində ona əsassız əməkhaqqı ödənildiyi barədə əsaslı şübhələr müəyyən edilib.

📄 Hər iki şəxsə müxtəlif maddələrlə ittiham elan olunub. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

🏛️ Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
❤7👍3🤔1
🇦🇿🤝 Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması mühüm nəticədir

📍 Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını son dərəcə mühüm nəticə adlandırıb.

🌐 Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə çıxış edən prezident dəyişən geosiyasi və iqtisadi reallıqlar fonunda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

📈 Onun sözlərinə görə, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, logistika və enerji sahələrində əməkdaşlıq, eləcə də humanitar, elm və təhsil istiqamətlərində böyük imkanlar mövcuddur.

🤝 Berdiməhəmmədov qeyd edib ki, Mərkəzi Asiya ölkələri və Azərbaycanın regional və qlobal logistika və enerji mərkəzləri kimi rolu artır.
👍9❤4
🚱 Bakının bəzi ərazilərində su problemi: sakinlər 3 gündür susuz qalıb

⚠️ Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində suyun verilişi hələ də tam bərpa olunmayıb. Sakinlər artıq üçüncü gündür içməli su problemi yaşadıqlarını bildirirlər.

📌 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, magistral su xəttində təmir işləri ərazinin relyefinə görə planlaşdırılandan bir neçə saat artıq davam edib.

💧 Agentliyin məlumatına görə, işlər yekunlaşıb və xəttə su verilib. Hazırda əksər ərazilər su ilə təmin olunub, qalan ünvanlarda da suyun verilişinin yaxın zamanda tam bərpa ediləcəyi gözlənilir.
👍4🤔2⚡1❤1
🇦🇿🤝🇹🇲 İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri dinamik inkişaf edir

📍 Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycan-Türkmənistan əlaqələrinin son illərdə dinamik inkişaf etdiyini bildirib.

🤝 Dövlət başçısının sözlərinə görə, ötən ildən bəri iki ölkə arasında ali səviyyədə 5 qarşılıqlı səfər həyata keçirilib. Bu, siyasi dialoqun intensivliyini və əlaqələrin möhkəmləndirilməsi istəyini göstərir.

🕌 Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin inşasını xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının nümunəsi adlandırıb.

📈 İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Region ölkələri arasında qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir.
❤8👍3
⚡️Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
❤10👍3
🚆🌊 İlham Əliyev: Nəqliyyat - Azərbaycan və Mərkəzi Asiya arasında əsas əməkdaşlıq sahələrindəndir

🇦🇿 Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

🌊 Dövlət başçısı bildirib ki, Xəzər dənizi ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynayır.

🚢 Onun sözlərinə görə, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycan və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün vacibdir.

📈 “Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”, – deyə İlham Əliyev bildirib.
❤10👍5
🚨 Sumqayıtda məktəbli oğlan bıçaqlandı

🔪 Hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.

👦 2011-ci il təvəllüdlü T.Ə. bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

👮‍♂️ Polis araşdırması zamanı hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyənləşib və o, şübhəli şəxs qismində saxlanılıb.

🏫 Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdidir. Onlardan biri 9-cu, digəri isə 10-cu sinifdə oxuyur.
😨8😱6❤2👍1
🇦🇲🇷🇺🇦🇿 Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmasları olacaq.

🤝 Paşinyanın sözlərinə görə, hazırda hər iki liderlə rəsmi görüş nəzərdə tutulmayıb.
👍8❤2
🚨 Abşeron xəstəxanasında baş həkim müavini bıçaqlandı

🏥 Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini Orxan Ənvərli əvvəllər həmin müəssisədə çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb.

🔪 Hadisə nəticəsində vəzifəli şəxs bıçaq xəsarəti alıb.

👮‍♂️ Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

⚖️ Faktla bağlı araşdırma aparılır.

📌 Qeyd edək ki, Orxan Ənvərli daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.
👍7🤔4❤2
Forwarded from İlham Əliyev
Media is too big
VIEW IN TELEGRAM
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
👍12❤7🔥2⚡1
⚡️Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
👍11❤1
🌦️ Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Gündüz bəzi yerlərdə yağış, axşam isə ayrı-ayrı ərazilərdə leysan və şimşək gözlənilir.

• Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur 15-17°, gündüz 19-23° isti olacaq.

• Rayonlarda arabir yağış, bəzi yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Axşam dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

• Temperatur gecə 13-18°, gündüz 20-25°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.
👍6❤2
🇦🇿🤝🇹🇲 İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşüb

📍 Oktyabrın 8-də Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü keçirilib.

🤝 Görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı, siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

🌊 Tərəflər Xəzər dənizi ilə bağlı məsələlərə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa da toxunublar.

📌 İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsinə dəstəyə görə Türkmənistan tərəfinə bir daha minnətdarlığını bildirib.
👍17❤2🤷‍♂2⚡1🔥1
🇦🇿🇦🇲🇹🇷 Qazaxıstan şirkəti Ermənistanın sərhəd dəmir yollarını bərpa etmək istəyir

🚆 Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Qazaxıstan şirkəti Türkiyə və Azərbaycan sərhədləri yaxınlığında yerləşən dəmir yolu xətlərinin bərpası ilə maraqlanıb.

📍 Söhbət Yeraskh və Axurik istiqamətlərindəki dəmir yolu sahələrindən gedir.


🤝 Paşinyan layihəni Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozyorovla da müzakirə etməyi planlaşdırır.
👍9🤔2
🇦🇿🇦🇲 TRIPP layihəsi üzrə Azərbaycan və Ermənistan nümayəndələri görüşüb

⚡️ Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində iki ölkənin müvafiq strukturlarının nümayəndələri arasında elektrik xətlərinin çəkilişi ilə bağlı texniki görüş keçirilib.

📌 Görüşdə texniki məsələlər, qurumlararası əlaqələndirmə və işlərin irəlilədilməsi üçün atılacaq növbəti addımlar müzakirə olunub.

🤝 Tərəflər layihənin bu istiqaməti üzrə fikir mübadiləsi aparıblar.
👍13❤3
🚨 Cəbrayılda mina partlayışı – yaralanan var

💥 İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina hadisəsi baş verib.

📌 2000-ci il təvəllüdlü rayon sakini Orxan Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.

🏥 Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

⚠️ Vətəndaşlara mina təhlükəsi olan ərazilərə daxil olmamaq tövsiyə olunur.
👍4🙏4🤔1
Media is too big
VIEW IN TELEGRAM
🚨 Bakıda biri azyaşlı olmaqla iki piyadanı avtomobil vurdu

🚗 Hadisə oktyabrın 7-də Nərimanov rayonunda, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib.

👮‍♂️ Ərazidə xidmət aparan yol polisi əməkdaşları dərhal müdaxilə edərək xəsarət alan iki piyadanı xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

🏥 Hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilib və həyatları xilas edilib.
❤28🙏17👍1🔥1
TƏCİLİ❗️Bakıya bu tarixdə SEL GƏLİR - XƏBƏRDARLIQ

ƏTRAFLI👉 operativmm.az
😁4❤2👍2🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Türkmənistanda dövlət başçıları mədəni tədbirlərdə
👍14👏1