Operativ Məlumat Mərkəzi
✔
88.5K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
📚🇦🇿 🌍 Azərbaycan 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.

🤝 Sərgi çərçivəsində yerli nəşriyyat nümayəndələri ABŞ, Türkiyə, İspaniya, Sloveniya və digər ölkələrdən olan nəşriyyatlarla B2B görüşlər keçiriblər.

📖 Görüşlərdə Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi, müəllif hüquqlarının əldə edilməsi və yerli əsərlərin beynəlxalq bazarlara çıxarılması müzakirə olunub.

🇳🇴 Həmçinin Norveçin NORLA ədəbiyyat təşkilatının rəhbərliyi ilə görüşdə ədəbi əlaqələr və Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə kimi iştirakı məsələləri nəzərdən keçirilib.

✨ Görüşlərin əsas məqsədi Azərbaycan müəlliflərinin əsərlərini xarici oxuculara tanıtmaq və yerli nəşriyyatların beynəlxalq əməkdaşlığını genişləndirməkdir.
👍5❤3
🇦🇿🇹🇲 İlham Əliyev Türkmənistanda Azərbaycan pavilyonu ilə tanış olub

🍽 Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalını ziyarət edib.

📌 Festivalda Azərbaycanın milli mətbəxi, çay mədəniyyəti, xalçaçılıq, kəlağayı, misgərlik və keramika sənətləri təqdim olunub. Pavilyonda XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.

🎶 Ziyarətçilər azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisi və muğam nümunələrini dinləyiblər.

🤝 Həmin gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul və konsert proqramı təşkil olunub. İlham Əliyev də tədbirdə iştirak edib.
👍9❤6👏1
🚨 Cəbrayılda minaya düşən şəxslər şəhidin atası və qardaşıdır

💥 Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslərin 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Ruhin Qəhrəmanovun ailə üzvləri olduğu məlum olub.

👤 Əşrəf Elman oğlu Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.

🇦🇿 Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

🎖 Əşrəf Qəhrəmanov isə Birinci Qarabağ müharibəsi veteranıdır.
😢23❤3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇮🇷 Putin və Pezeşkian Türkmənistanda görüşdü

🤝 Türkmənbaşı şəhərində Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında ikitərəfli görüş keçirilib.

📌 Görüşdə Rusiya-İran münasibətləri, iqtisadi və humanitar əməkdaşlıq, eləcə də regiondakı vəziyyət müzakirə olunub.

📈 Putin bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 21%-dən çox artıb və bu dinamika 2026-cı ilin ilk 7 ayında da davam edib.

🌍 Regiondakı vəziyyətə toxunan Putin Rusiyanın İranın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək verməyə hazır olduğunu deyib.

🗣 Pezeşkian isə ABŞ-nin birtərəfli siyasətini tənqid edib və İranın Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək üçün siyasi iradəyə malik olduğunu bildirib.
❤12🤔2😨2😱1
🇦🇿Hadrutun işğaldan azad olunmasından 6 il ötür
❤24🔥3👍1
🇦🇿🇺🇸 İlham Əliyev Trampın Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid edir

🕊️ Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün qurulması istiqamətindəki səylərinin Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.

📌 Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

🤝 İlham Əliyev qeyd edib ki, Tramp 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitində iki ölkə arasında sülhün təşviqində tarixi rol oynayıb.

🏅 Prezidentin sözlərinə görə, Trampın sülh prosesinə verdiyi töhfəyə görə Azərbaycan və Ermənistan onun Nobel Sülh Mükafatına namizədliyini İlham Əliyevin təşəbbüsü ilə birgə irəli sürüblər.
😁19❤6🤷‍♂3🔥3👍2🤔1🤓1
🇦🇿🇹🇲Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gedib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.
👍14🔥1
⚡️ Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
👍9🤷‍♂2🔥1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎵🇦🇿 Paşinyan Türkmənistanda Azərbaycan mahnısının sədaları altında video çəkib

📹 Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda musiqili fəvvarənin qarşısında, Azərbaycan mahnısı “Aram Aram” səslənərkən video çəkib.

🎤 Zeynəb Həsənovanın ifa etdiyi mahnı 2023-cü ilin noyabrında yayımlanıb.
😁46❤10🤷‍♂1🔥1
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
❤5👍5🤷‍♂1🔥1😁1
🇦🇿🇦🇲 Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır
🕊6❤2👍2
🇦🇿 İlham Əliyev: MDB siyasi dialoq və əməkdaşlıq platformasıdır

🌐 Prezident İlham Əliyev bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 35 illiyi qeyd olunur.

🤝 Dövlət başçısının sözlərinə görə, MDB son illərdə siyasi dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platforma kimi formalaşıb.

🏛 İlham Əliyev humanitar əməkdaşlığın da əsas istiqamətlərdən biri olduğunu vurğulayıb və Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini dəstəkləyən dövlət başçılarına təşəkkür edib.

📍 Prezident qeyd edib ki, ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlara bölgənin qədim tarixi, sürətli dirçəlişi və bərpa işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı yaradıb.
👍14
🚨 Qaradağda əsgərləri daşıyan avtobus aşıb

🚌 Səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.

⚠️ İlkin məlumata görə, avtobus gənc əsgərləri daşıyırmış. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

🔎 Qəzanın səbəbləri və yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat yoxdur. (oxu.az)
😨16😱7👍2❤1😢1
🇦🇿 Azərbaycan 2027-ci ildə MDB-də həmsədr olacaq

🤝 Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-də həmsədrliyinə dair qərara dəstəyə görə təşəkkür edib.

📌 Dövlət başçısı bunu Azərbaycana göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını bildirib.

🌐 İlham Əliyev, həmçinin Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazır olduğunu açıqlayıb.
👍8❤2