Operativ Məlumat Mərkəzi
✔
88.6K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
⚖️ Hərbi xidmətə çağırış sahəsində 8 cinayət işi üzrə istintaq aparılıb

📢 Baş Prokurorluğun məlumatına görə, 2026-cı ilin yanvar ayından indiyədək hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları ilə bağlı 8 cinayət işinin ibtidai istintaqı aparılıb.

🔎 5 cinayət işi üzrə 8 nəfər barəsində istintaq tamamlanaraq işlər məhkəməyə göndərilib. Onlardan 7-si vəzifəli şəxs, 1-i isə vətəndaşdır. Məhkəməyə göndərilən işlər üzrə 6 nəfər barəsində həbs, 2 nəfər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

🚨 Hazırda daha 3 cinayət işi üzrə istintaq davam edir. Onlardan biri üzrə 2 nəfər barəsində həbs və vəzifədən kənarlaşdırma tədbirləri tətbiq olunub.

🩺 Araşdırmalar zamanı tibbi müayinələrin tam aparılmaması, yanlış diaqnozlar və SHXÇDX-nin yerli qurumlarında qanun pozuntuları da müəyyən edilib.

📌 Bu nöqsanlarla bağlı aidiyyəti dövlət qurumlarına ümumilikdə 32 təqdimat göndərilib. Nəticədə SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib.
👍5❤4🔥1
⚡️Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

- Prezident bildirib ki, süni intellekt, rəqəmsallaşma və yeni texnologiyaların sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr yaradır.

- Texnoloji imkanlardan səmərəli istifadə ilə yanaşı, müəllif və ixtiraçıların hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.

- Dövlət başçısı innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsinin vacibliyini vurğulayıb.
❤5👍4🔥2
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub.
👍9🔥1
❗️Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
👍6🔥2😁2
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
👍6🔥3😁1
⚡️İlham Əliyev Kambocaya səfərə dəvət olunub
🤷‍♂8👍4❤2
🇦🇿🇰🇭 Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

• Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir

• Azərbaycanla Kamboca arasında ticarət dövriyyəsinin artırılması istiqamətində səyləri gücləndirəcəyik
👍13😁4❤1🔥1
🚨 Bakıda məktəbli forması ilə bağlı hadisələrə görə 37 nəfər həbs edilib

📢 Bakıda vahid məktəbli formasının tətbiqi ilə bağlı baş verən hadisələr üzrə cinayət işi başlanılıb.

⚖️ DİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”ə verilən məlumata görə, ictimai qaydanın pozulması, təhsil müəssisələrinin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olmaq cəhdləri ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 37 nəfər həbs edilib.
😱29👍22❤5🔥1🥰1
❗️Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Kamboca Krallığının birinci xanımı Piç Çanmoni ilə görüşüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6😁5❤4
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
👍12❤5🤷‍♂1🔥1
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.

Yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı ciddi tədbirlər görülməlidir.
😱28👍12❤11😁4😢2😨2🕊1
❗️ Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
👍15❤1
⚡️Azərbaycanla İordaniya arasında viza tələbindən qarşılıqlı azad edilmə haqqında Saziş təsdiqlənib
👍14😨1
🇦🇿102 tələbə Prezident təqaüdçüsü oldu - SİYAHI
👍18❤‍🔥10💔6❤2🤓1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məktəbli formasına etiraz adı ilə məktəblərə zərər vuruldu

Bakıda vahid məktəbli formasının tətbiqinə etiraz edən bir qrup valideynin məktəblərdə yaratdığı vəziyyət narazılıq doğurub.

Yayılan görüntülərə görə, etirazçılar məktəblərin qapı və pəncərələrini sındırıb, təhsil müəssisələrinə zorla daxil olmağa cəhd ediblər. Baş verənlər məktəblərdə təhsil alan uşaqların da qorxu yaşamasına səbəb olub.

Məktəb uşaqların təhsil aldığı və özünü təhlükəsiz hiss etməli olduğu məkandır.
🔥18😨14👍13❤6🤔1
🇦🇿🇮🇷 İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

🤝 Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb.

📌 Görüşdə Azərbaycan və İran arasında, xüsusilə təhlükəsizlik və ictimai asayişin qorunması sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

🕊️ İsgəndər Momeni İran Prezidenti Məsud Pezeşkianın salamlarını İlham Əliyevə çatdırıb, Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə təşəkkür edib.

🌍 Görüşdə Yaxın Şərqdəki gərginlik də müzakirə olunub. İlham Əliyev mövcud vəziyyətin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirib.
😁13👍7❤3😨2
❗️Bakıda 12 yaşlı məktəbli intihara cəhd etdi

▪️ 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü atan şagird xəstəxanaya yerləşdirilib.

▪️ Məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkarlanıb. Son bir ayda məktəbə onun üçün 3-4 dəfə təcili yardım çağırıldığı bildirilir.

▪️ Şagirdin rəfiqəsinə əmisi tərəfindən zorakılığa cəhd edildiyini dediyi iddia olunur.

▪️ Hazırda Sabunçu Tibb Mərkəzində müalicə alan uşağın vəziyyəti orta ağırdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱32😢19❤5🙏2👍1