Operativ Məlumat Mərkəzi
✔
88.7K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🚨 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

📍 Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.

👮 Hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis tərəfindən saxlanılıb və həbs edilib.

🔎 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
👍25😨5❤2
📰 Mətbuat Şurasının IX qurultayı keçirilir Tədbirdə 225 nümayəndənin iştirakı təsdiqlənib.

🗳 Qurultayda İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

📌 Seçki bülleteninə 46 namizəd daxil edilib. Onlardan jurnalistlər arasından 14, ictimaiyyət nümayəndələri arasından isə 9 nəfərin İdarə Heyətinə seçilməsi nəzərdə tutulur.

🇦🇿 Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət də ünvanlayıblar. Müraciətdə medianın inkişafı, jurnalistlərin peşəkarlığı, informasiya təhlükəsizliyi və milli maraqların qorunması məsələləri vurğulanıb.
👍5
❕Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
📈Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
👍11
❗️Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasına (MŞ) yeni sədr seçilib.
👍13❤4🤷‍♂3
⚡️Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
👍16💔2🤔1
🇦🇿 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib

🏅 Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

📌 Təltif olunanlar:
▪️ Elvin Astanov
▪️ Ramil Qasımov
▪️ Pərvin Məmmədov
▪️ Oloxan Musayev
👍13❤1
🇦🇿🇬🇪Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
👍11❤7
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian İrəvanda görüş keçiriblər

Görüş İrəvanda COP17 liderləri sammiti çərçivəsində baş tutub. Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.

İran liderinin mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
👍4🤔3😱2❤1
🚨 Türkiyə vətəndaşı Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırışlara görə beynəlxalq axtarışa verilib

⚖️ Baş Prokurorluq Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başladıb.

📌 Araşdırmalar zamanı Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçinin sosial şəbəkələrdə bu xarakterli materiallar paylaşdığı müəyyən edilib.

🔎 Oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. Celal Çiftçi təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib.

🇹🇷 Baş Prokurorluq Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərib. Hazırda ibtidai istintaq davam etdirilir.
👍17😁11❤4🔥1🤔1
🇦🇿🇨🇳 Azərbaycanın qış turizmi Çin bazarında təqdim olunub

🏔 Azərbaycan Turizm Bürosu və “Şahdağ” Turizm Mərkəzi Pekində təqdimat keçirib. Tədbirdə 10-dan çox aparıcı Çin turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.

🤝 Görüşdə “Şahdağ”ın çinli turistlər üçün səyahət proqramlarına daxil edilməsi, turizm agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın turizm istiqamətlərinin Çin bazarında təşviqi müzakirə olunub.

📈 Çindən Azərbaycana gələn turistlərin sayı artır. 2026-cı ilin sentyabrında ölkəmizə 11 049 Çin vətəndaşı səfər edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 28% çoxdur.

📊 Yanvar-sentyabr aylarında isə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 52 115 nəfər olub. İllik artım 4,4% təşkil edib.
❤9👍5😭1
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb.
😁32👍9❤2😍1
🛢Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11🤔7👏2💔2
⚡️Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edib.
👍23😁9❤3🤓3🤔1💯1
Operativ Məlumat Mərkəzi
🚨 Türkiyə vətəndaşı Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə çağırışlara görə beynəlxalq axtarışa verilib ⚖️ Baş Prokurorluq Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət və düşmənçiliyin…
⚡️🇦🇿 Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib

📢 Celal Çiftçi Azərbaycan xalqından və dövlətindən üzr istəyib.

📝 O, bu mövzuda etdiyi bütün paylaşımları sildiyini, peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib.
❤13😁8👍5🤩1💔1