Operativ Məlumat Mərkəzi
✔
88.6K subscribers
24.9K photos
6.57K videos
4 files
38K links
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!

📝Reklam və iş birliyi @swommfreeaz
Download Telegram
🌤 Sabah hava necə olacaq? – PROQNOZ

🌥 Bakı və Abşeron: Dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Külək arabir güclənəcək.

🌡 Temperatur: Gündüz 22–25°, gecə 17–20° isti.

🌧 Rayonlarda: Bəzi ərazilərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

🌡 Temperatur: Gündüz 25–30°, dağlarda 18–23° isti.

🌫 Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Yaşadığınız yerin havasını öyrənmək üçün daxil ola bilərsiniz 👉 https://operativmm.az/az/hava
👍9❤1
🇮🇷Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁11🤔5👍4❤2
⚽️🇦🇿 “Sabah” – “Borussiya” oyununa hakim təyinatları açıqlanıb

🏆 UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

🇪🇸 Baş hakim FIFA referisi Xavyer Alberola Roxas olacaq. Ona Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim Viktor Qarsiya Verdura, VAR hakimi Sesar Soto Qrado, AVAR isə Valentin Qomes olacaq.

📅 Qarşılaşma oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.
👍8🤷‍♂2
🇦🇿🇹🇷 Türkiyədə məktəbli geyimi qaydaları ilə bağlı ziddiyyətlər gündəmə gətirilib

📌 Azərbaycanda məktəbli forması dövlət tərəfindən müəyyən edilən vahid standartlarla tənzimlənir. Son günlər Türkiyənin bəzi media qurumlarında və ictimai platformalarında Azərbaycanın məktəbli geyimi qaydaları müzakirə olunur və tənqid edilir.

⚖️ Türkiyədə 2014-cü ildə qanunvericiliyə edilən dəyişikliklə orta məktəb və liseylərdə şagirdlərin baş örtüyü ilə təhsil almasına icazə verilib. Bununla yanaşı, məktəbəqədər və ibtidai təhsil müəssisələrində şagirdlərin başıaçıq olması tələbi saxlanılıb.

🏫 Materialda bu qaydalar arasında ziddiyyət olduğu vurğulanır. Həmçinin Türkiyənin bəzi media və ictimai dairələrinin Azərbaycanda dünyəvi təhsil prinsiplərinə uyğun tətbiq edilən məktəbli forması qaydalarını tənqid etməsi diqqətə çatdırılır.

🇦🇿 Məqalədə qeyd olunur ki, məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsi Azərbaycanın suveren səlahiyyətlərinə daxildir və ölkənin təhsil siyasəti milli qanunvericilik əsasında tənzimlənir.
👍11❤2🔥1
🚨Bakı və Abşeronda külək GÜCLƏNİR: Nə vaxta qədər davam edəcək?

Ətraflı 👉
operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8😭3❤2😱1
🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram".
👍32❤20😭1
Fransada nə baş verir❓

🇫🇷 Fransa son illərin ən ciddi ictimai-siyasi qarşıdurmalarından birini yaşayır. Bahalaşma, təhsil sistemindəki problemlər və dövlət xidmətlərinin zəifləməsinə qarşı başlayan etiraz aksiyaları ölkənin bir sıra böyük şəhərlərində zorakılıq və polislə toqquşmalarla müşayiət olunub.

📍 17 oktyabrda paytaxt Parislə yanaşı, Marsel, Lion, Bordo, Lill və digər şəhərlərdə yüz minlərlə insan küçələrə çıxıb. Fransa hökumətinin məlumatına görə, aksiyalara 550 min, təşkilatçıların hesablamalarına əsasən isə 800 min nəfər qatılıb.

🚨 18 oktyabrda açıqlanan məlumatlara görə:
👮 Təxminən 1 800 nəfər saxlanılıb.
⚫️ Etirazlar zamanı bir nəfər həyatını itirib.
🚑 500-dən çox polis əməkdaşı xəsarət alıb.
🔥 Çoxsaylı mağaza, avtomobil və inzibati bina zərər görüb.
🏛 Parisdə rekord sayda — 855 nəfər saxlanılıb.


❓ Fransada etirazlar niyə başlayıb?
🎓 1. Təhsil sistemində narazılıq
Etirazların ilkin dalğası sentyabr ayında məktəblilər arasında başlayıb. Şagirdlər tədris şəraitinin pisləşməsindən, müəllim çatışmazlığından və təhsil sistemindəki problemlərdən narazılıqlarını bildiriblər.
💶 2. Bahalaşma və yaşayış xərcləri
Yanacağın qiymətinin artması, gündəlik yaşayış xərclərinin yüksəlməsi və alıcılıq qabiliyyətinin zəifləməsi narazılığı daha da genişləndirib.
✊ 3. Həmkarlar ittifaqlarının və digər hərəkatların qoşulması
Tələbə etirazlarına həmkarlar ittifaqları, solçu təşkilatlar və əvvəllər Fransada genişmiqyaslı aksiyalar keçirmiş “Sarı jiletlilər” hərəkatının tərəfdarları da qoşulublar. Beləliklə, təhsil sahəsində başlayan narazılıq ümummilli sosial etiraz dalğasına çevrilib.


🏛 Fransa hökuməti nə edir?
Prezident Emmanuel Makron zorakılıq və talançılıqda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.
Baş nazir Sebastyen Lekornü hadisələrin arxasında radikal solçu qrupların və cinayətkar dəstələrin dayandığını iddia edib.
⚖️ Müxalifət daxilində isə fərqli mövqelər var. Solçu siyasətçi Jan-Lük Melanşon hökuməti gərginliyi artırmaqda ittiham edir. Sağçı Marin Le Pen isə zorakılığa görə radikal qrupları günahlandırır.
📢 Makronun 18 oktyabr saat 20:00-da, Paris vaxtı ilə xalqa müraciət edəcəyi elan olunub. Hökumətin böhran iclası isə 19 oktyabra planlaşdırılıb.
❤13👍6⚡2
🇫🇷 Makron etirazçılara sərt xəbərdarlıq etdi:

“Bütün talançılara açıq şəkildə deyirəm: bunun bədəlini ağır ödəyəcəksiniz. Cəzasız qalmayacaqsınız”.
🤩11👍7😁7❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️Albaniyada iğtişaşlar şiddətlənir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😱12👍9😨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu.
👍22❤2
❓Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?

Ətraflı 👉 operativmm.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
⚖️ Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verib

📌 Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə onun oğlu Timur Mehdiyev də şahid qismində dindirilib.

🗣 Timur Mehdiyev ifadəsində atasının bir sıra xəstəliklərdən əziyyət çəkdiyini və yaddaş pozğunluğu olduğunu bildirib.

“Bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkəti etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, – deyə o bildirib. (Gununsesi.info)
👍6❤3🤓3
🚨 Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib

⚖️ Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib.

📌 Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

🕯 Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-də Lənkəranda dəfn edilib. (oxu.az)
❤10😢8👍5
🇦🇿❄️ Azərbaycanın qış turizmi Londonda təqdim olunub

📍 Azərbaycanın qış turizmi imkanları oktyabrın 17-18-də keçirilən “London Snow Show 2026” beynəlxalq sərgisində nümayiş etdirilib.

🏔️ Sərgidə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim edib.

🤝 Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid “Xizək turizminin gələcəyi” adlı panel müzakirəsində iştirak edərək ölkənin dağ turizmi sahəsindəki inkişafından danışıb. Müzakirələrdə yeni xizək istiqamətləri və qış turizminin gələcək tendensiyaları da diqqət mərkəzində olub.

🇬🇧 Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

📌 Bu il 50-ci dəfə təşkil olunan “London Snow Show” qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq sərgidir.
👍5❤1😭1🤓1
⚡️TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
😁10❤7👍5
Operativ Məlumat Mərkəzi
⚡️TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin edilib.
👍8🤷‍♂3❤2
Anar Bayramov Səhiyyə naziri təyin edilib.
🤷‍♂7👍4