Oxu.Az
✔
40.4K subscribers
102K photos
36.4K videos
2 files
127K links
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.
https://www.instagram.com/oxuaz/
https://www.facebook.com/oxu.azz?mibextid=LQQJ4d
https://twitter.com/oxuaz
Download Telegram
❄️❄️❄️Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 15 sm-ə çatıb - Faktiki hava

Noyabrın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Dağlıq ərazilərə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏4
❗ Bakıda avtomobil qarajdan çıxarkən piyadanı vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonu, Naxçıvani küçəsində baş verib.

1958-ci il təvəllüdlü Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub. Qadın xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, sürücünün polkovnik olduğu bildirilir.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏7❤2
🚨🚨Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov Sumqayıtda narkotik vasitə ilə saxlanılıb.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə 25 sutka inzibati həbs edilib. Yusifov həmçinin narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb olunub.

©️Qafqazinfo

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5
🚇 Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyası yenidən qurulacaq - Özəl🚇

Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev bildirib ki, 2030-cu ilədək "Həzi Aslanov-2" stansiyası istifadəyə verildikdən sonra mövcud "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏6❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gürcüstanda azərbaycanlı qardaşların qətli ilə bağlı bir nəfər həbs edilib: Ölkənin Daxili İşlər Nazirliyindən açıqlama
👍4🙏1
❌❌❌"Sabah" futbolçusu Zinəddin Uld Xaled ilə yollarını ayırıb

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏3❤1
📢📢Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər

Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak edən özəl tərəfdaşların dövlət rüsumundan azad edilməsi təklif olunur.

Oxu.Az-ın məlumatına görə, bu dəyişiklik “Dövlət rüsumu haqqında” Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət təminatı alan özəl tərəfdaşlar rüsum ödəməyəcəklər.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp: "Ukrayna üzrə razılaşma bütün Avropaya təsir edəcək"
🙏3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ənənə, rəqabət, ehtiras! Tarixi derbinin yeni səhifəsi bu gün yazılır! ⚔️🔥
“Neftçi” 🆚 “Kəpəz”
📅 06.11.2026 | 🕗 20:00

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤3🙏2
🇦🇿 Meksikanın "Así Lo Dice México" qəzetində Federiko La Montun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı rolu təhlil edilib.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5😍1
🔖Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər❓❓

🟢Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək.

Oxu.Az xəbər verir ki, "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik təklif olunur.✅✅

🟢Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-nə qədər mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunurlar.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🙏1
🚕 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər

Azərbaycanda taksi sürücüləri üçün gəlirə uyğun vergi modelinin tətbiqi təklif olunur.

Oxu. Az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin komitə iclasında bildirib.

Onun sözlərinə görə, yeni modelə əsasən, taksi sürücülərinin gəlirindən 1 faiz vergi tutulacaq. Beləliklə, az qazanan sürücülər daha az, çox gəlir əldə edənlər isə gəlirlərinə uyğun vergi ödəyəcəklər.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏3👍1
🗣️ Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar"

Kuryerlər üçün vergi güzəştlərinin tətbiqi və 1 faizlik vergi rejiminə keçirilməsi təklif olunub.

Oxu. Az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin komitə iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, kuryerlər üçün nəzərdə tutulan aylıq 15 manat sabit vergi əvəzinə gəlirə uyğun 1 faizlik vergi rejiminin tətbiqi daha məqsədəuyğun olardı. Deputat qeyd edib ki, kuryerlərin gəlirləri fərqli olduğundan vergi ödənişləri də buna uyğun hesablanmalıdır.


🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏4😍1
Azərbaycanın gözlədiyi paylaşımlar: Prezidentin Zəfər müjdələri

2020-ci ilin payızında Prezident İlham Əliyevin rəsmi "X" (“Twitter”) hesabındakı paylaşımlar Azərbaycan xalqının səbirsizliklə gözlədiyi xəbərlərə çevrilmişdi.

Oxu. Az Zəfər Günü ərəfəsində həmin tarixi paylaşımları xatırladır.

Cəbrayılın, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad edilməsi barədə müjdələr Azərbaycan Ordusunun Qələbəyə doğru irəlilədiyini göstərirdi.

Altı il sonra həmin paylaşımlar xalqımızın Zəfər salnaməsinin rəqəmsal yaddaşıdır.
❤6🙏2😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️❄️Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar yağıb❄️❄️

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏7
💵 Minimum əməkhaqqı alan şəxslərin gəlir vergisindən azad edilməsi təklif olunub.

Oxu.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin komitə iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan şəxslər üçün 400 manatlıq gəlir vergisi güzəştinin tətbiqi məqsədəuyğun olardı.

🔗 Son xəbərlər ℹ Bizimlə əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🙏5❤1