🛑🛑🛑Yeni dəyişiklər 26 yanvardan etibarən *qüvvəyə mindi.*
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
*33.1.13-cü maddə əlavə edilsin:*
*“33.1.13.* dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda.”;
*33.2-ci maddə aşağıdakı redaksiyada verilsin:*
*“33.2.* Dövlət qulluqçusunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin altı misli miqdarında birdəfəlik haqq verilir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.”;
*33.2-1-ci – 33.2-3-cü maddələr əlavə edilsin:*
*“33.2-1.* Dövlət qulluğuna bu Qanunun 33.1.11-ci maddəsi ilə xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödənilir.
*33.2-2.* Dövlət qulluğuna bu Qanunun 33.1.13-cü maddəsi ilə xitam verildikdə dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödənilir.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınır.
*33.2-3.* Bu Qanunun 33.2-1-ci və 33.2-2-ci maddələrində nəzərdə tutulmuş dövlət qulluqçusunun orta aylıq dövlət məvacibinin məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci, 3-cü, 3-1-ci və 6-cı hissələrinə uyğun olaraq müəyyən edilir.”.

❤5👍1🙏1