Dövlət Qulluğu -Pənah Hüseynov
8.08K subscribers
913 photos
7 videos
85 files
179 links
Download Telegram
Forwarded from Pənah Hüseynov
Salam hər vaxtınız xeyir yoldaşlar, aşağıdakı vəsaitlər son əlavə və dəyşikliklər nəzərə alınmaqla yenilənmiş(2026) vəsaitlərdir.
- BB, və BA təsnifatı üzrə-2026
- AC təsnifatı üzrə -2026
- DQ(kateqoriya)- 2026
- DQ(təsnifat)-  2026
- İxtisas dərəcəsi



Hər birinizə uğurlar!
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində hansı tədbir görülə bilməz.
Anonymous Quiz
29%
dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi
26%
dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi
23%
dövlət qulluqçusunun mükafatlandırılması
23%
dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi
This media is not supported in the widget
VIEW IN TELEGRAM
👍5👏3🔥1
Təbriklər Asiman. 0- dan ilk imtahanında bu nəticəni göstərdik, 40/40 olmalı idi, nədəsə diqqətsizlik olub.🔥🔥🔥
👍5❤2
Təbriklər Məhəmmədəli.0-dan ilk imtahanında 39 qanunvericilik yazmağı bacardıq, 1 sualda da diqqətli olsaydı 40/40 idi.🔥🔥🔥
👍6❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əldə etmək üçün əlaqə nömrəsi : 055-661-36-71
❤2
🛑🛑Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə növbəti test imtahanı keçiriləcək.

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 19 iyun saat 11:00-dan etibarən aktiv ediləcək. Bu imtahanda 16 iyulda keçiriləcək imtahana yazılan namizədlərin qeydiyyatına icazə verilmir.

Qeyd: Məlumat üçün bildiririk ki, imtahanların keçirilmə qrafikinə uyğun olaraq BB vəzifə qrupu üzrə avqustda keçirilməsi nəzərdə tutulan növbəti test imtahanı avqustun 2-də təşkil olunacaq. Qeydiyyat tarixləri barədə məlumat veriləcək.
❤4👍2
WhatsApp-da Dövlət Qulluğu - Pənah Hüseynov kanalını izləyin: https://whatsapp.com/channel/0029VbCuISL0QeaoiWCEka1S


Ümumi kanala qoşula bilərsiniz, artıq bütün yenilikləri burdan izləyə biləcəksiniz.
❤2
▶️ Salam gənclər, kanalı paylaşın.İzləyici sayı *1000 nəfər olanda*
- **Dövlət qulluğunun yenilənmiş hissələrinə aid(2026)* testi sizinlə böləşəcəm.🔥🔥🔥




WhatsApp-da Dövlət Qulluğu - Pənah Hüseynov kanalını izləyin: https://whatsapp.com/channel/0029VbCuISL0QeaoiWCEka1S
*Bu gün Dövlət Qulluqçularının Peşə Bayramı günüdür.* Bu gün münasibətilə ilk öncə hal- hazırda dövlət qulluğunda olan tələbələrimizi, eyni zamanda bu statusu layiqincə daşıyan bütün dövlət qulluqçularını təbrik edirəm.

Dövlət qulluqçusu olmaq heç asan deyil, bu statusa yiyələnmək üçün kifayət qədər əziyyət çəkməlisən.Bu yolun sizdən ən birinci tələbi davamlılıqdır.Bəzən haqsızlıqla üzləşən tələbələrimiz olub, amma bizim onlardan tək tələbimiz davam etməyi olub.İndi həmin tələbələr bu günü dövlət qulluqçusu kimi qeyd edirlər. Əgər bu sahə sizin üçün önəmlidirsə, mütləq sonda bu ada yiyələnəcəksiniz inşallah.
👏17❤12👍2
*DİM rəsmi məlumat*
24 iyun 2026-cı il tarixində 4 dövlət orqanında inzibati vəzifələrin 2-3-cü təsnifatlarına uyğun olan 8 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü inzibati vəzifələrin ikinci təsnifatına, 5-i inzibati vəzifələrin üçüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 iyun 2026-cı il tarixindən 8 iyul 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Link: https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanlar

▶️ *Kanalı paylaşmağı unutmayın* .
❤3👍1