Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.2K subscribers
4.9K photos
998 videos
1 file
750 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚶 Siz də piyada sayılırsınız! Qaydalara əməl edin ⤵️

🛴 🚲 Velosiped, elektroskuter, moped və motosiklet sürücüləri piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər.

Bəzi sürücülər bu tələbə əməl etməyərək keçidi nəqliyyat vasitəsinin üzərində qət edir, bununla da həm özlərinin, həm də piyadaların təhlükəsizliyini riskə atırlar.

⚠️ Piyada keçidində nəqliyyat vasitəsindən düşün və yolu təhlükəsiz keçin.
👍10❤3🔥1
📊 Noyabrın 3-də polis tərəfindən:

- 74 cinayətin açılması təmin olunub (44-ü cari, 30-u əvvəlki dövrlərdən).

- 100 axtarışda olan şəxs saxlanılıb (59-u borclu şəxs).

- 44 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 8 itkin kimi axtarılan şəxs tapılıb.

- 16 narkotik, 7 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılıb.

- 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb.
❤6👍4
📖 Polis Akademiyasında kursantların hərtərəfli peşə hazırlığının təmin edilməsi, ixtisas biliklərinin möhkəmləndirilməsi və gələcək xidmət fəaliyyətləri üçün zəruri praktiki vərdişlərin formalaşdırılması məqsədilə müxtəlif sahələri təmsil edən təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə və interaktiv məşğələlər davam etdirilir.
❤13
📊 Noyabrın 4-də polis tərəfindən:

- 64 cinayətin açılması təmin olunub (53-ü cari, 11-i əvvəlki dövrlərdən).

- 130 axtarışda olan şəxs saxlanılıb (94-ü borclu şəxs).

- 62 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 6 itkin kimi axtarılan şəxs tapılıb.

- 18 narkotik, 4 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.

- Ümumi çəkisi 17,5 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- 4 tüfəng və 465 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
❤9👍1
Polis Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “8 Noyabr - Azərbaycan tarixinin zəfər zirvəsi” mövzusunda konfrans keçirilib.

#Azərbaycan #8Noyabr #ZəfərGünü #PolisAzərbaycan
❤13👍1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤12👍4
📺 📻 6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə televiziya və radio işçilərini təbrik edir, yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq.
❤8👍5
🚇 6 Noyabr – Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günüdür.

Bu münasibətlə Bakı metropoliteninin fəaliyyətinin təmin olunmasında əməyi olan bütün əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
👍9🥰2❤1🙏1