Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚶‍♂️Piyada keçidində üstünlük piyadalara məxsusdur

🚔 Qayda pozuntuları əsasında profilaktik tədbirləri davam etdiririk.

Qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

🛣️ Təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir.
❤15👏7🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səbail rayonunda satış üçün daşınan 1️⃣2️⃣ kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

❎ 10 kiloqram 110 qram marixuana

❎ 2 kiloqram 55 qram tiryək

❎ 13 ədəd psixotrop tərkibli preqabalin həbi

Saxlanılan narkokuryer sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından əldə etdiyi narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirməsi üçün təlimatlandırıldığını bildirib.

🔍 Faktla bağlı araşdırma davam etdirilir.
❤10👍4👏4🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

📍 Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.02.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✅ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı vətəndaş qəbulundan öncə, yəni fevralın 2-də 08:00-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

🪪 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
❤16👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Növbəti narkotik əməliyyatı - Sabunçu 📍

1️⃣6️⃣ kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı ❌

✔️ Qeyd: Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
❤12👏4🔥1
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə məskunlaşma prosesi davam edir.

☢️ Lakin bu ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də qalmaqdadır.

Bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırırıq.

⬇️ Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

⚠️ Xəbərdarlıq nişanlarına diqqət edin;

🚫 Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın;

☑️ Yalnız gündəlik işlək yollardan istifadə edin;

❎ Naməlum əşyalara toxunmayın.
❤12👍1🔥1
💳 ✅ Bank kartlarına qanunsuz müdaxilə və onlayn oğurluq, dələduzluq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verməkdədir.

Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.

Ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

❗️ Bir daha bank kartı istifadəçilərinə tövsiyə edirik ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar.
❤10👏3👍2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyatlar davam edir ⤵️

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 3️⃣6️⃣ kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
❤14👍4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Nəsimi və Abşeron rayonlarında avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
🔥13
Kursantlarımızın valideynləri Polis Akademiyasında onlar üçün təşkil olunan "açıq qapı" günlərində iştirak edir, yaradılan şərait və təhsil mühiti ilə yaxından tanış olurlar.
❤30👏4🔥1
Paytaxtda və respublikanın bölgələrində narkotiklərlə mübarizəni fasiləsiz davam etdiririk – 4️⃣1️⃣ kiloqram ❌

Baş Narkotiklərlə Mübarizə İdarəsi 📍Bakı

✔️ Saxlanılan şəxs sayı: 6

✔️ Dövriyyədən çıxarılıb: 21 kq narkotik vasitə və 246 ədəd psixotrop tərkibli həb

📍 Neftçala Rayon Polis Şöbəsi

✔️ Saxlanılan şəxs sayı: 1

✔️Dövriyyədən çıxarılıb: 20 kq narkotik vasitə
❤20👍4🔥1
Media is too big
VIEW IN TELEGRAM
Oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarını sındıraraq gizlənməyə cəhd edən dəstə üzvləri tutuldu 🎦🔨

🚨 Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxs qismində saxlanılan 3 nəfər zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurub.

🔍 Araşdırmalar davam etdirilir.
❤16👍5🔥2
📵 Sükan arxasında telefon – təhlükədir.

1️⃣ saniyə baxmaq:

1️⃣ qəza üçün kifayətdir.

Nəqliyyat vasitəsi idarə edərkən diqqət yalnız yolda olmalıdır. Çünki bir anlıq diqqətsizlik faciəyə səbəb ola bilər.
👍13❤6🤔1