Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Martın 3-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə "Ailə-məişət zəminində törədilən hüquq pozuntuları", "Erkən evlilik hallarının ağır fəsadları və hüquqi məsuliyyəti", eləcə də "Evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma)" mövzuları ətrafında çıxışlar dinlənilib, bu sahədə mövcud çağırışlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş və faydalı müzakirələr aparılıb.
❤19👍2🔥1
Polis əməkdaşı Azərbaycan çempionu olub 🏆 🥇

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Əli Əsgərov Ağırlıqqaldırma Mərkəzində keçirilən pauerliftinq və benç-press üzrə Azərbaycan Çempionatında uğurlu çıxış edərək qızıl medal qazanıb.

Əməkdaşımızı bu uğurlu nəticə münasibətilə təbrik edir, ona möhkəm iradə və yeni qələbələr arzulayırıq!
❤30🙏3
Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür 🥋🥊💪🏼

Əlamətdar gün münasibətilə idmançıları və idman ictimaiyyətini təbrik edir, uğurlar arzulayırıq!
🔥11👏5❤2
Media is too big
VIEW IN TELEGRAM
📍 Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayaraq boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhd edən şəxs polisin keçirdiyi tədbirlərlə saxlanıldı.

⚠️ Bir daha tövsiyə edirik:

- Mənzillərin giriş qapılarını açıq saxlamayın;

- Yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirin.
❤24🔥5
🚫 Narkotik sağlamlığı, gələcəyi və ümidləri məhv edir.

Sağlam gələcək üçün narkotiklə birgə mübarizə aparaq!
❤26👍9👏2🔥1
Əziz xanımlar!

✨ Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın analarına və şəhidlərin həyat yoldaşlarına səbir, möhkəmlik və mənəvi güc arzulayırıq.

Qadınlar cəmiyyətimizin zərifliyinin, mərhəmətinin və mənəvi saflığının rəmzidir.

Azərbaycan qadını tarix boyu öz müdrikliyi, zəhmətkeşliyi və yüksək mənəvi keyfiyyətləri ilə ailədə və cəmiyyətdə nümunə olmuşdur.

Bu gün də qadınlarımız ölkəmizin inkişafında, ictimai sabitliyin və təhlükəsizliyin qorunmasında fəal iştirak edir, müxtəlif sahələrdə öz bacarıq və fədakarlıqları ilə dəyərli töhfələr verirlər.

Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq!

💐 Bayramınız mübarək olsun!
❤45👏5🥰2👍1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nazirliyin qadın əməkdaşlarını və hərbi qulluqçularını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
❤44🥰7🙏1
Media is too big
VIEW IN TELEGRAM
Daha 4️⃣3️⃣ kiloqram narkotik dövriyyədən çıxarıldı ✔️

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

📍 Paytaxt ərazisində keçirilən növbəti tədbirlər nəticəsində saxlanılan 4 narkokuryerdən ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Davam edirik!
👍14❤4👏4🔥2
Media is too big
VIEW IN TELEGRAM
Bakıda avtobuslarda cibgirlik edən şəxs polisin keçirdiyi tədbirlər nəticəsində saxlanılıb 🚍💵

⚠️ Bir daha ictimai nəqliyyatda olarkən diqqətli olmağınızı və şəxsi əşyalarınızı nəzarətdə saxlamağınızı tövsiyə edirik.

📞 Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə polisə məlumat verməyiniz xahiş olunur.
❤9😱8👏7👍4🔥1
Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir! 🌬️
❤28👍4🥰2👏1
Media is too big
VIEW IN TELEGRAM
Narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyatlar davam etdirilir ⤵️

🚨 Növbəti tədbirlərlə Lerikdə saxlanılan narkokuryerdən 2️⃣0️⃣ kiloqram mariuxana aşkarlanaraq götürülüb.
👍12👏4❤3🔥2
Şuşada Novruz çərşənbələri yüksək əhval-ruhiyə və təhlükəsizlik şəraitində qeyd olunur ✨🔥
❤31👏2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Gəncədə 2️⃣7️⃣ kiloqram narkotik vasitənin satışının qarşısı alındı

🚨 Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılan narkokuryerdən yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

💰 Sonuncu tədbirlə dövriyyədən çıxarılan narkotik vasitənin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.

Davam edirik!
❤17🔥3😱1
🇦🇿 Vətənə sədaqət, xalqa xidmət - Daxili Qoşunlar

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla hər il 12 mart Daxili Qoşunlar Günü kimi qeyd olunur.
❤41🔥2🥰1👏1