Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Xidmət yalnız qayda deyil, qayğıdır, sevincdir.

İlaxır çərşənbəniz mübarək! 🌱 🇦🇿
❤53🥰4🔥3
Media is too big
VIEW IN TELEGRAM
📲 Sosial şəbəkədə tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

✅ Ondan 5️⃣ kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

💰 Saxlanılan şəxs həmin marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.
👍9😱4❤3🔥1👏1
Bu gün Azərbaycan Respublikasının miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
❤16👍3👏1
Media is too big
VIEW IN TELEGRAM
Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımızı və ölkəmizin xarici qonaqlarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq. 🤝

Qarabağın dilbər guşələrində ictimai narahatlıq yarada biləcək ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcudur.

Ümid edirik ki, bayram tonqalları bütün neqativləri özü ilə aparacaq, geridə xoşbəxtlik, sevgi və hüzur dolu günlər qoyacaq. 🔥

Bayramlarınız mübarək!
❤14🔥2👍1🥰1
📍 Qarabağda xidmət: təhlükəsizlik, nizam və bayram əhval-ruhiyyəsi bir arada

Qarabağda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə davam etdirilir.
❤18🔥2🥰1👏1
Media is too big
VIEW IN TELEGRAM
📍 Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər. Nəticədə:

☑️ 34 kiloqramdan artıq narkotik vasitənin satışının qarşısı alınıb.

⚖️ Saxlanılan 6 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

💬 Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 5️⃣3️⃣ kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
👏8
Media is too big
VIEW IN TELEGRAM
Bayram sevincimiz yollarda itməsin 🛣️ 🙂

Novruz və müqəddəs Ramazan bayramları ilə əlaqədar paytaxtdan bölgələrə səfər edənlərin sayının artacağı, yollarda nəqliyyat sıxlığının yaranacağı istisna edilmir.

🚔 Təhlükəsizliyin təmin olunması üçün polis gücləndirilmiş rejimdə xidmət aparır, lakin əsas məsuliyyət hər birimizin üzərinə düşür.

⚠️ Yola hazır ol: texniki baxış, düzgün sürət, qaydalı manevr, sıfır alkoqol və təhlükəsizlik kəməri!

🚗 Yollarda daha diqqətli və məsuliyyətli davranaq, xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edək.

Bayramlarınız mübarək❗️
❤12🙏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

📍 Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.

📝 Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✔️ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-də 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.

🪪 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
👏9👍3🙏2❤1
Media is too big
VIEW IN TELEGRAM
🚨 💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub.

ℹ️ Bir daha diqqətə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
❤16👍3
Daxili İşlər Nazirliyinin kollektivi adından xalqımızı və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik. 🌙 ✨

Ramazan bayramınız mübarək!
❤46🙏6🔥1🥰1
Əsrlərdən bəri milli-mənəvi dəyərlərimizi və zəngin adət-ənənələrimizi yaşadan, birlik və həmrəyliyimizi təcəssüm etdirən, baharın müjdəçisi Novruz bayramı münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə davamlı sabitlik və firavanlıq, hər birinizə uğur, xoşbəxtlik, sağlamlıq və bol ruzi-bərəkət arzulayırıq.

Novruz bayramınız mübarək! ✨
❤26🔥3🥰3
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov polis əməkdaşlarını və hərbi qulluqçuları Novruz bayramı münasibətilə təbrik edib.
❤31🥰3🔥2
Media is too big
VIEW IN TELEGRAM
Bayram sevincini qaydalara əməl etməklə yaşayaq!

✨ Bir daha xalqımızı səmimi-qəlbdən təbrik edir, hər evə, hər ocağa bayram ovqatı, bol sevinc, ruzi-bərəkət və firavanlıq arzulayırıq.

Bayramlarınız mübarək!
❤27🙏3🔥1🥰1
Media is too big
VIEW IN TELEGRAM
Polis əməkdaşlarının gücləndirilmiş iş rejimi bayramın təhlükəsizliyinə xidmət edir 👮🚔

Bayram günlərinin əmin-amanlıq şəraitində keçməsi üçün gücləndirilmiş iş rejimində xidmətə cəlb olunmuş DİN-in şəxsi heyəti tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür.

Bayramlarınız təhlükəsiz olsun!
❤29🔥1
Təhlükəsiz bayram üçün gücləndirilmiş rejimdə xidmətdəyik 👮‍♂️🚔
❤52👏3🔥1🥰1😱1