Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Azərbaycan Prezidenti cənab İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" .
❤35🔥2🙏1
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq!
❤32
Dərin hörmət və ehtiramla anırıq!

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
❤31🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤34
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və ətraf ərazilərdə keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2️⃣ nəfər saxlanılıb.

Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb.
❤18👍3🔥1
Çiyin-çiyinə, bir məqsəd uğrunda 🇦🇿
❤46🔥5🥰1