Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq!
❤32
Dərin hörmət və ehtiramla anırıq!

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
❤31🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
❤34
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və ətraf ərazilərdə keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2️⃣ nəfər saxlanılıb.

Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb.
❤18👍3🔥1
Çiyin-çiyinə, bir məqsəd uğrunda 🇦🇿
❤46🔥5🥰1
📢 Siqnal yalnız zərurət üçündür ⤵️

Səs siqnalından yalnız zəruri hallarda — qəzanın qarşısını almaq və ya yaşayış məntəqəsindən kənarda ötmə niyyətini bildirmək üçün istifadə edilməlidir.

⚠️ Səbəbsiz siqnal digər sürücülərin diqqətini yayındırır, çaşqınlıq yaradır və vətəndaşların haqlı narazılığına səbəb olur.

🤝 Yollarda qarşılıqlı hörmət təhlükəsizliyin bir hissəsidir.
❤25👍7👏2😱2🔥1
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/view/2012/
❤27👏1