Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
📊 Oktyabrın 9-da polis əməkdaşları tərəfindən:

- 45 cinayətin açılması təmin olunub (42-si cari, 3-ü əvvəlki dövrlərdən).

- 84 axtarışda olan şəxs saxlanılıb (61-i borclu şəxs).

- 35 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 8 itkin kimi axtarılan şəxs tapılıb.

- 18 narkotik, 4 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb.

- 28,6 kq-dan artıq narkotik vasitə və 2 064 ədəd güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.
👍10❤3🙏1
🤼 Polis Akademiyasında kursantların peşə hazırlığının yüksəldilməsi, gələcək xidmət fəaliyyəti zamanı qarşılaşa biləcəkləri real vəziyyətlərdə zəruri fiziki bacarıq və vərdişlərə yiyələnmələri məqsədilə “Atma fəndlərinin təkmilləşdirilməsi” mövzusunda praktiki seminar keçirilib.

Seminar ikiqat Avropa və dördqat dünya çempionu, yunan-Roma güləşi üzrə tanınmış idmançı Rafiq Hüseynovun iştirakı ilə təşkil olunub.
❤23👍10
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir.
👍10❤9🥰2
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də ölkəmizə səfərə gəlib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

🌐 Ətraflı:

https://mia.gov.az/az/news/view/2038/
👍9❤5🥰1