Mütəxəssislərin iştirakı ilə kursantlarımızın nəzəri bilikləri daha da möhkəmlənir 📚
🏛️ Polis Akademiyasında yüksək ixtisaslı və təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər davam etdirilir.
Bu cür interaktiv məşğələlər kursantların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, eləcə də onların gələcək peşə fəaliyyətinə daha dolğun hazırlanmasına mühüm töhfə verir.

❤17👏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
✅ Qeyd edək ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.
Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

❤18👍3👏2
Media is too big
VIEW IN TELEGRAM
Bayram sevincini təhlükəyə çevirməyək ❗️
🔥 Pirotexniki vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər.
🤝 Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq.
🎄 Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!

🔥14❤4👍3👏1
Media is too big
VIEW IN TELEGRAM
Polisdən daha bir narkoşəbəkəyə zərbə ⚡️
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Füzuli rayonunda keçirdikləri əməliyyat nəticəsində iranlı narkotacir tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 4️⃣1️⃣ kiloqram marixuana və 2️⃣9️⃣8️⃣8️⃣ ədəd metadon həbi ilə saxlanılıb.
🚨 Saxlanılan şəxslə ölkə daxili və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

❤18👍7🔥1
Bayram ərəfəsində kiberdələduzluq hallarına qarşı daha da diqqətli olaq ⤵️
Son günlər sosial şəbəkələrdə “onlayn mağaza” adı altında fəaliyyət göstərən bəzi səhifələrin “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşları aldadaraq pul vəsaitlərinin mənimsənilməsi faktları qeydə alınır.
⚠️ Tövsiyə edirik:
❎ Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
💵 Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
🪪 Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
🌐 Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.

❤13🔥2👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚘🔥 Bu gün gecə saatlarında paytaxtın Səbail rayonunda avtomobillərdən birində yanğın baş verib.
🚔 Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
✅ Yanğın qısa müddət ərzində söndürülüb.

❤19👍5
Media is too big
VIEW IN TELEGRAM
🚨 Narkotiklərə qarşı növbəti əməliyyatlar – 41 kiloqram narkotik vasitənin satışının qarşısı alındı
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu əməliyyatlar nəticəsində narkokuryer saxlanılıb. Onlardan ümumilikdə 41 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb ⤵️
❎ 38 kiloqram 330 qram marixuana
❎ 2 kiloqram 809 qram heroin
✅ Qeyd edək ki, cari il ərzində Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

❤14👍4🔥1🙏1
Media is too big
VIEW IN TELEGRAM
1️⃣ milyon manat dəyərində kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxslər saxlanıldı
🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirdiyi növbəti əməliyyat-texniki tədbirlər nəticəsində ⤵️
🪙 xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran 2️⃣ Azərbaycan vətəndaşı müəyyən olunaraq saxlanılıb.

❤14👍5🔥2🙏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
✅ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni yanvarın 6-da 08:00-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

🙏16👍2👏1
Media is too big
VIEW IN TELEGRAM
Bayramınız Qarabağda və Qarabağa aparan yollarda təhlükəsiz olsun ❗️
👮🚔 Tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməyiniz üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçiririk.
🏞️ Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək.
Bayramınız mübarək!

❤19👏3👍2
🌨️ Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
🚔 Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.
⚠️ Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

🙏14❤8👍2