Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Polisdən daha bir narkoşəbəkəyə zərbə ⚡️

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Füzuli rayonunda keçirdikləri əməliyyat nəticəsində iranlı narkotacir tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 4️⃣1️⃣ kiloqram marixuana və 2️⃣9️⃣8️⃣8️⃣ ədəd metadon həbi ilə saxlanılıb.

🚨 Saxlanılan şəxslə ölkə daxili və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
❤18👍7🔥1
Bayram ərəfəsində kiberdələduzluq hallarına qarşı daha da diqqətli olaq ⤵️

Son günlər sosial şəbəkələrdə “onlayn mağaza” adı altında fəaliyyət göstərən bəzi səhifələrin “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşları aldadaraq pul vəsaitlərinin mənimsənilməsi faktları qeydə alınır.

⚠️ Tövsiyə edirik:

❎ Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;

💵 Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;

🪪 Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;

🌐 Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.
❤13🔥2👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚘🔥 Bu gün gecə saatlarında paytaxtın Səbail rayonunda avtomobillərdən birində yanğın baş verib.

🚔 Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

✅ Yanğın qısa müddət ərzində söndürülüb.
❤19👍5
Media is too big
VIEW IN TELEGRAM
🚨 Narkotiklərə qarşı növbəti əməliyyatlar – 41 kiloqram narkotik vasitənin satışının qarşısı alındı

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu əməliyyatlar nəticəsində narkokuryer saxlanılıb. Onlardan ümumilikdə 41 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb ⤵️

❎ 38 kiloqram 330 qram marixuana
❎ 2 kiloqram 809 qram heroin

✅ Qeyd edək ki, cari il ərzində Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
❤14👍4🔥1🙏1
Media is too big
VIEW IN TELEGRAM
1️⃣ milyon manat dəyərində kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxslər saxlanıldı

🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirdiyi növbəti əməliyyat-texniki tədbirlər nəticəsində ⤵️

🪙 xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran 2️⃣ Azərbaycan vətəndaşı müəyyən olunaraq saxlanılıb.
❤14👍5🔥2🙏1
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasının 107-ci il dönümüdür.

Nazirliyin kollektivini əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
👍21🙏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2026-cı il yanvarın 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Quba Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.01.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✅ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni yanvarın 6-da 08:00-da Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
🙏16👍2👏1
Media is too big
VIEW IN TELEGRAM
Bayramınız Qarabağda və Qarabağa aparan yollarda təhlükəsiz olsun ❗️

👮🚔 Tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməyiniz üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçiririk.

🏞️ Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək.

Bayramınız mübarək!
❤19👏3👍2
🌨️ Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

🚔 Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklik göstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsiz şəkildə həyata keçirirlər.

⚠️ Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
🙏14❤8👍2
⚖️ Bu gün Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günüdür.

Əziz vəkillər,

Daxili İşlər Nazirliyi Sizi Vəkil Günü münasibətilə təbrik edir, məsuliyyətli fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayır!
❤16👏3🔥1
🥈 Polis Akademiyasının kursantı Nihad Həsənov 542 idmançıdan ibarət 72 komandanın iştirakı ilə keçirilən taekvondo üzrə Respublika Çempionatı və Birinciliyində çıxış edərək gümüş medal qazanıb.

👏 Kursantımızı bu uğurlu nəticə münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər, möhkəm iradə və yeni qələbələr arzulayırıq!
❤30👍5🔥3