Yeni ilin ilk günündə bayram sevincini birlikdə paylaşırıq – təhlükəsizliyiniz məsuliyyətimizdir.
❤47👏2
❄️ Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda gücləndirilmiş rejimdə xidmətimizi davam etdiririk.
❤47👏4
Media is too big
VIEW IN TELEGRAM
❄️ Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır.
❤40👍2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dekabrın 31-dən 1-nə keçən gecə paytaxtın Nizami rayonunda yerləşən mağazaların birindən 1️⃣7️⃣ ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretlər oğurlamaqda şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
👍18❤5🔥1👏1
2️⃣ il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Xaçmaz Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Surəddin Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

🔥19👍5❤3👏1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Nazir iki gün ərzində 276 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 223 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19-u Vətən müharibəsi iştirakçısıdır.

❤30👍1