Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
20 Yanvar - Ümumxalq Hüzn Günü
❤24🙏8🔥1
❄️ Paytaxtda gecə saatlarında şaxtalı hava gözlənilir — yollarda buzlanma ehtimalı var.

🚗 Sürücülərə müraciət edirik:

nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməkdən çəkinin;

hərəkət zamanı maksimum ehtiyatlı olun;

nasazlıq yarandıqda avtomobili dərhal yolun kənarına çəkin.

⚠️ Yollarda təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək.

✅ Təhlükəsizliyiniz üçün qaydalara əməl edin!
❤29👍1👏1
Media is too big
VIEW IN TELEGRAM
🚨 Polis Nizami rayonunda qeydə alınan quldurluq və oğurluq cinayətləri ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirib ⤵️

- 54 yaşlı zərərçəkən kəsici alətlə hədələnərək pul vəsaiti ələ keçirilib;

- rayon ərazisində yeləşən market və ticarət mərkəzindən mobil telefon, qızıl-zinət əşyaları oğurlanıb;

- kuryerlərə məxsus motosikletlər oğurlanıb.

✅ Keçirilən tədbirlər nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 7️⃣ nəfər müəyyən olunaraq saxlanılıb.

🎦 Hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.
👍14❤5🔥1
Media is too big
VIEW IN TELEGRAM
Narkotik vasitələrin satışına qarşı əməliyyatları qətiyyətlə davam etdiririk❗️

Polisin Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti tədbirlər nəticəsində saxlanılan əvvəllər də analoji cinayətə görə məhkum olunmuş narkokuryerdən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb.
❤12🙏2🔥1
Azyaşlıların kibertəhlükələrdən qorunması valideyn nəzarətindən başlayır⤵️

👨‍👩‍👧‍👦 Valideynlərə tövsiyə olunur:

- uşaqların istifadə etdiyi tətbiqlərə və sosial şəbəkə hesablarına nəzarət edin;

- “tanımadığın şəxsə məlumat vermə” qaydasını övladınıza izah edin;

- şəxsi şəkil, video və məkan məlumatlarını paylaşmamağı öyrədin;

- naməlum linklərə daxil olmamağı və şübhəli mesajlara cavab verməməyi izah edin;

- telefonda və tətbiqlərdə məxfilik və təhlükəsizlik funksiyalarını aktiv edin.

⚠️ Unutmayaq: Uşaqların kibertəhlükələrdən qorunması üçün ən güclü müdafiə maarifləndirmə və valideyn nəzarətidir.
❤18🙏2👍1🔥1👏1
Media is too big
VIEW IN TELEGRAM
Paytaxt ərazisində oğurluq edən daha 2️⃣ qardaş tutuldu

📍 Nizami rayonunda polis əməliyyatı nəticəsində evlərdən və avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar saxlanılıblar.
❤15👏5👍1🤔1
Media is too big
VIEW IN TELEGRAM
4️⃣6️⃣ kiloqram narkotik ❌

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən daha 2 nəfər saxlanılıb.

✅ Onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni fasiləsiz davam etdiririk!
👍22❤6🔥1👏1
Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/view/1985/
❤29👏5👍2
👮🏻‍♂️🚉 Metroda təhlükəsizlik nəzarətdədir

Paytaxt metropolitenində hər gün minlərlə sərnişinin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə metro polisi fasiləsiz xidmət aparır.
❤47🔥3👏2
Media is too big
VIEW IN TELEGRAM
🚶‍♂️Piyada keçidində üstünlük piyadalara məxsusdur

🚔 Qayda pozuntuları əsasında profilaktik tədbirləri davam etdiririk.

Qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

🛣️ Təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir.
❤15👏7🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səbail rayonunda satış üçün daşınan 1️⃣2️⃣ kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

❎ 10 kiloqram 110 qram marixuana

❎ 2 kiloqram 55 qram tiryək

❎ 13 ədəd psixotrop tərkibli preqabalin həbi

Saxlanılan narkokuryer sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından əldə etdiyi narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirməsi üçün təlimatlandırıldığını bildirib.

🔍 Faktla bağlı araşdırma davam etdirilir.
❤10👍4👏4🔥1
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

📍 Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 01.02.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✅ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı vətəndaş qəbulundan öncə, yəni fevralın 2-də 08:00-da Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

🪪 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
❤16👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Növbəti narkotik əməliyyatı - Sabunçu 📍

1️⃣6️⃣ kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı ❌

✔️ Qeyd: Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
❤12👏4🔥1
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə məskunlaşma prosesi davam edir.

☢️ Lakin bu ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də qalmaqdadır.

Bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırırıq.

⬇️ Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

⚠️ Xəbərdarlıq nişanlarına diqqət edin;

🚫 Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın;

☑️ Yalnız gündəlik işlək yollardan istifadə edin;

❎ Naməlum əşyalara toxunmayın.
❤12👍1🔥1