Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
989 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍 Sumqayıtda qızıl satmaq istəyən vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

O, 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkədə elan paylaşan zərərçəkənlə əlaqə yaradaraq görüşüb. Bu zaman qızıl-zinət əşyalarını götürərək avtomobillə hadisə yerindən uzaqlaşıb.

🔍 Araşdırma aparılır.
👍18🔥2
Polis Akademiyasında kursantlar silahla davranış qaydalarını öyrənir.

#PolisAkademiyası
#PolisAzərbaycan
❤36🔥8
2 Fevral – Azərbaycan Gəncləri Günü
❤22
🇦🇿 2 fevral – Azərbaycan Gəncləri Günüdür
❤27
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1-də və 2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Nazir iki gün ərzində 314 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

✔️ Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 206 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 17-si Vətən müharibəsi iştirakçısıdır.
❤29🙏1
Media is too big
VIEW IN TELEGRAM
Narkoşəbəkəyə zərbə - 2️⃣6️⃣ kq narkotik dövriyyədən çıxarıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən 2️⃣ nəfər paytaxt ərazisində tutulub.

✅ Onlardan 26 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.

🔜 Saxlanılan şəxslərin əlbir olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
❤15👏8👍3🔥1
Polis tərəfindən paytaxt ərazisində qeydə alınmış daha 2 oğurluq cinayəti açıldı, şübhəli 3 nəfər saxlanıldı

📍Nəsimi - 💵📱 Fakt: Kafedən 160 manat və 400 manat dəyərində 2 mobil telefon oğurluğu

📍Nizami - 💍 Fakt: Evdən 2300 manat dəyərində qızıl-zinət əşyası oğurluğu

🎦 Cinayət anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
❤17👍7🔥1
Media is too big
VIEW IN TELEGRAM
🚨💻 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

✅ Saxlanılan şəxslər: 2

👤 Zərərçəkən : 500

💵 Mənimsənilən məbləğ: 400.000 manat

ℹ️ Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
❤24👍4🔥1👏1
📱 “E-Polis” mobil tətbiqinə daxil olduqda tətbiq barədə ətraflı məlumat, təqdim olunan elektron xidmətlər və istifadə qaydaları ilə “Video təlimat” bölməsində tanış ola bilərsiniz.

Bunun üçün əsas səhifənin aşağı sağ küncündə yerləşən “Digər” bölməsinə daxil olaraq “Video təlimat” xanasını seçməyiniz kifayətdir.

“E-Polis” mobil tətbiqini App Store və ya Google Play platformalarından yükləyə bilərsiniz.
❤14👍3🔥2
Media is too big
VIEW IN TELEGRAM
📍 Xətai rayonunda 42 yaşlı kişini həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələyərək 25000 manat tələb edən şəxslər polis tərəfindən saxlanıldı.

🗂️ Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
❤16👍2🔥1