Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
🚸 Piyada keçidi təhlükəsiz keçid deməkdir.

Yola anidən çıxmaq həm öz həyatınızı, həm də sürücünü riskə atır.

🛣️ Yolu yalnız:

✔️ piyada keçidlərindən

✔️ yeraltı/yerüstü keçidlərdən keçin.

⚠️ Unutmayın: Bir neçə artıq addım təhlükəsizliyinizi təmin edir, həyat və sağlamlığınızı qoruyur.
❤15👍7🔥2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📱💵 Sosial şəbəkələrdə saxta “kredit” elanları paylaşaraq vətəndaşların külli miqdarda pul vəsaitini talamaqda şübhəli bilinən şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

⚠️ Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, internet resurslarındakı “onlayn qazanc”, “asan gəlir”, “sərfəli kredit” və bu kimi adlar altında paylaşılan elanlara qarşı diqqətli olsunlar.

📞 Bunun üçün şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat verilməlidir.
👍16❤5🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Abşeron rayonu Mehdiabad qəsəbəsində müştərisinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən bərbər saxlanılıb. 💇

🔍 Araşdırmalarla məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonunda olarkən söhbət əsnasında təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən bərbər zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq etməklə pulunu talayıb.

🗂️ Faktla bağlı araşdırma davam etdirilir.
👏13👍6🤔2❤1
Media is too big
VIEW IN TELEGRAM
👨‍👩‍👧‍👦 Uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir.

Valideyn məsuliyyəti yalnız hüquqi öhdəlik deyil, həm də mənəvi borcdur. Nəzarətsiz qalan uşaqlar fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşə bilər.

🌐 Müasir dövrdə təhlükə təkcə küçədə deyil — sosial şəbəkələr, rəqəmsal platformalar və mənfi təsir qrupları valideyn diqqətini daha da vacib edir.

- Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin;

- Rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin;

- Davranışındakı dəyişikliklərə biganə qalmayın;

-Məktəb və ictimai mühitlə əlaqəni gücləndirin.

🤝 Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.
❤18🔥2
Məktəblilər bu dəfə Nəsimi Rayon Polis İdarəsində xidmətimizlə yaxından tanış oldular 🚔 🎒
👍14❤9👏4🔥1
Media is too big
VIEW IN TELEGRAM
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir ⤵️

🚨 Növbəti tədbirlər zamanı əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş 2️⃣ nəfər saxlanılıb.

✅ Onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
👍10❤4🔥2
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 175 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
❤20👍4
⚠️ Diqqət! Dələduzluğun üsulu dəyişsə də, məqsədi dəyişmir.

📱 Son günlər sosial şəbəkələrdə vətəndaşları saxta kampaniyalara cəlb etmək məqsədilə eyni məzmunlu paylaşımlar yayılır.

Paylaşımlarda fərqli məhsullar təqdim olunsa da, ssenari eynidir: guya şirkət sirri açıqlanır, kiçik məbləğ qarşılığında dəyərli hədiyyə vəd edilir və istifadəçilər rəy bölməsində yerləşdirilən linkə keçid etməyə yönləndirilir.

💬 Diqqət çəkən məqam isə etibarlılıq görüntüsü yaratmaq üçün həmin postlara saxta profillər vasitəsilə şirnikləndirici “müsbət rəylər”in yazılmasıdır.

❗ Tövsiyə edirik:

- Şübhəli linklərə daxil olmayın;

- Tanımadığınız səhifələrin təqdim etdiyi “sərfəli kampaniyalara” inanmayın;

- Şəxsi və bank kartı məlumatlarınızı naməlum platformalarda paylaşmayın.

Bu cür saxta kampaniyalar şəxsi məlumatların və pul vəsaitlərinin ələ keçirilməsinə yönəlib.

✔️ Qeyd edək ki, həmin səhifələrlə bağlı araşdırma aparılır.
❤13👍3🔥1😱1
Media is too big
VIEW IN TELEGRAM
📍Qaradağda qızıl axtarmaq məqsədilə daxil olduqları Milli Tarix-Bədii Qoruqlardan birində tarixi-mədəni abidələrə ziyan vuran dəstə saxlanılıb.

Onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar. 🪏🚫

🗂️ Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
😱9
Media is too big
VIEW IN TELEGRAM
Daha bir zərgərlik mağazasından oğurluq cinayəti açıldı 💍💎

📍 Nizami rayonunda yerləşən zərgərlik mağazasında satıcının diqqətinin yayınmasından istifadə edərək 1800 manat dəyərində qızıl-zinət əşyasını talamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
❤7👍3🔥3
Media is too big
VIEW IN TELEGRAM
‎Daha 2️⃣4️⃣ kiloqram narkotik vasitənin satışının qarşısı alındı ☑️

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində saxlanılan 3 narkokuryerdən 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
❤13🙏3👍2🔥1