Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Birgəyaşayış qaydalarına riayət edək ⤵️

🔊 🛠️ Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.

🛂 Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır.

🤝 Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq.
❤27🔥2
Media is too big
VIEW IN TELEGRAM
🪪 🔐 Şəxsi məlumatlarınız açardır - onu kənar şəxslərə verməyiniz pul vəsaitlərinizin oğurlanması ilə nəticələnir.

⚠️ Bir daha kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməməyi tövsiyə edirik.
❤19🔥2
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.

Bu barədə əlavə məlumat veriləcəkdir.
🔥13🤔6👍4
Media is too big
VIEW IN TELEGRAM
Mübarizə davam edir❗

📍 Qaradağ rayonunda polisin keçirdiyi sonuncu əməliyyatlar nəticəsində 5️⃣ narkokuryer saxlanılıb, 6️⃣6️⃣ kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

✔️ Qeyd edək ki, son 2 ay ərzində Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
❤20🔥4
Tariximizi qoruyuruq.

📍 Qarabağda mədəni irsimiz etibarlı mühafizə olunur.
❤45🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qayda pozmaqla yox, əməl etməklə nümunə olun! 🏍️🛵🚫

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar çox vaxt ağır xəsarət və ya ölümlə nəticələnir. Müşahidələr göstərir ki, əsas səbəblər – yüksək sürət, qırmızı işıqda keçmək, əks istiqamətdə hərəkət, təhlükəli manevrlər və yol nişanlarının tələblərinə əməl etməməkdir.

⚠️ Unutmayaq: qayda pozuntusunu paylaşmaq “cəsarət” deyil, həyat üçün riskdir.

Həyatınızı və digər hərəkət iştirakçılarının təhlükəsizliyini qoruyun!
❤10👍4😱2🙏2🔥1
🎮 Onlayn oyun platformalarında azyaşlıların “pulsuz bonus”, “oyun valyutası”, “hesabın sürətli inkişafı” və ya “hədiyyə kodu” kimi cəlbedici təkliflərlə aldadılması faktlarına rast gəlinir. Nəticədə uşaqlar ailə üzvlərinə məxsus bank kartı məlumatlarını, şifrə və ya digər məlumatları paylaşır və bu yolla pul vəsaitləri mənimsənilir.

⚠️ Valideynləri diqqətli olmağa çağırırıq:

- Övladlarınıza onlayn oyunlardakı mümkün riskləri sadə və anlayışlı şəkildə izah edin;

- Onların oyun daxilində kimlərlə ünsiyyət qurduğunu mütəmadi izləyin;

- Şübhəli profilləri dərhal bloklayın və bu barədə uşağınızla açıq söhbət aparın;

- Oyunlarda ödənişli əməliyyatları məhdudlaşdırın və ya valideyn nəzarəti tətbiqlərindən istifadə edin.

💻 Rəqəmsal mühitdə də təhlükəsizlik valideyn nəzarətindən asılıdır.
❤12🔥7
Bu gün Novruzun ikinci çərşənbəsi – Od çərşənbəsidir!🔥
🔥22❤8
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

📍 Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.

📝 Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✔️ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-da 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

🪪 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
❤15👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat Saray qəsəbəsində keçirilib ⤵️

🚨 Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan narkokuryerdən 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Davam edirik!
❤10🔥3🤔1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart hesabında toplanan pulu talamaqda şübhəli bilinən şəxs Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

🗂️ Faktla bağlı araşdırma davam etdirilir.
🤔8🔥3
Martın 3-də Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında strateji əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə "Ailə-məişət zəminində törədilən hüquq pozuntuları", "Erkən evlilik hallarının ağır fəsadları və hüquqi məsuliyyəti", eləcə də "Evlənmək məqsədilə adam oğurluğu (qızqaçırma)" mövzuları ətrafında çıxışlar dinlənilib, bu sahədə mövcud çağırışlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş və faydalı müzakirələr aparılıb.
❤19👍2🔥1