Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.8K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🚖 Müştəri kimi əyləşdiyi taksinin sürücüsünə zor tətbiq edərək mobil telefonunu talayan, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

📍 Abşeron

🔍 Araşdırmalar davam etdirilir.
❤12👍7🔥2😱1
🚨 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir ⤵️

📍 Paytaxt ərazisində keçirilən növbəti tədbirlər nəticəsində saxlanılan 6️⃣ nəfərdən ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb.

💰 Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

🔍 Araşdırmalar davam etdirilir.
❤14👍3🔥1
İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib ⤵️

1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

📍 Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi, ANAMA, və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
❤11🔥7
Xidmətdəyik!
❤44👏7🔥2👍1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️ Yağışlı hava şəraiti ilə əlaqədar polis gücləndirilmiş rejimdə xidmət aparır.

🚔 Əlavə polis naryadları cəlb olunub, yollar Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

🤝 Vətəndaşların təhlükəsizliyi təmin olunur, zəruri köməklik göstərilir.
❤27👏2😱2🔥1🤔1🙏1
28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 107 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarını təbrik edir, xidmətlərində uğurlar arzulayırıq!
👍19❤14🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️🚔 Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

👮 Vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar.

🤝 Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.
👍14❤8🔥2👏2
🌧️ Yağışlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir ⤵️

📞 Son 24 saatda “102” Xidməti-Zəng Mərkəzinə daxil olan 763 çağırış operativ şəkildə cavablandırılıb və vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub:

• 475 – Dövlət Yol Polisi

• 214 – Post-Patrul və Çevik Polis Alayı

• 74 – digər xidmət sahələri

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır.
❤24👏4🔥1