Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

❤34
Ölkəboyu narkotiklə mübarizə davam edir 🚨 🚔
📍 Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı şəxs saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

❤16👍5🔥1
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və ətraf ərazilərdə keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2️⃣ nəfər saxlanılıb.
Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb.

❤18👍3🔥1
📢 Siqnal yalnız zərurət üçündür ⤵️
Səs siqnalından yalnız zəruri hallarda — qəzanın qarşısını almaq və ya yaşayış məntəqəsindən kənarda ötmə niyyətini bildirmək üçün istifadə edilməlidir.
⚠️ Səbəbsiz siqnal digər sürücülərin diqqətini yayındırır, çaşqınlıq yaradır və vətəndaşların haqlı narazılığına səbəb olur.
🤝 Yollarda qarşılıqlı hörmət təhlükəsizliyin bir hissəsidir.

❤25👍7👏2😱2🔥1
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
🌐 Ətraflı: https://mia.gov.az/az/news/view/2012/

❤27👏1
👮 🏛️ Polis Akademiyasının kursantları Konstitusiya Məhkəməsində tanışlıq səfərində iştirak ediblər.
❤34👍4🥰1
⚠️ Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl edilməsi vacibdir:
🔐 Güclü parollardan istifadə edin, eyni parolu fərqli hesablarda tətbiq etməyin;
🛡️ İki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirin, hesablarınızın təhlükəsizliyini artırın;
📩 Şübhəli link və mesajlara qarşı diqqətli olun, fişinq cəhdlərinə aldanmayın;
💾 Proqram təminatını mütəmadi yeniləyin;
🛜 Wi-Fi şəbəkənizi qoruyun, etibarlı şifrələrdən istifadə edin;
📱 Sosial mediada məxfiliyə riayət edin.

❤15👍9🔥1👏1
🏛️ 🧑🎓 Polis Akademiyasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün ekskursiya təşkil edilib.
Səfərin məqsədi tələbələrin akademiyada həyata keçirilən tədris və peşə hazırlığı prosesi ilə yaxından tanış olmaları olub.

❤13👏13👍4🔥1🙏1