Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
📊 Sentyabrın 17-də polis əməkdaşları tərəfindən:

- 66 cinayətin açılması təmin olunub (52-si cari, 14-ü əvvəlki dövrlərdən).

- 121 axtarışda olan şəxs saxlanılıb (96-sı borclu şəxs).

- 65 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 13 itkin kimi axtarılan şəxs tapılıb.

- 20 narkotik, 13 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb.

- 6 avtomat, 10 tüfəng, 2 patron darağı və 46 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
❤11👍4
Bir gün, şanlı tarix, əbədi zəfər 🇦🇿

Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür.
❤23🔥1
Media is too big
VIEW IN TELEGRAM
Sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası ilə nəticələndi.

🇦🇿 Vətən uğrunda canından keçən əməkdaşlarımızı qürurla anırıq!
❤20👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Qarabağda son döyüş:

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində döyüşmüş hərbi qulluqçuları AZƏRTAC-a həmin günlərdə gedən döyüşlərdən, qarşıya qoyulan tapşırıqların icrasından və göstərdikləri şücaətdən danışıblar.

https://azertag.az/xeber/qarabagda_son_doyus_daxili_isler_nazirliyinin_daxili_qosunlarinin_herbi_qulluqchulari_danisir-4420719
❤17🔥1
Tarixə yazılan 24 saat - Dövlət suverenliyimizin bərpası 🇦🇿

Polis Akademiyasının böyük sıra meydanında yerbəyer mərasimində lokal xarakterli antiterror əməliyyatının ildönümü ilə əlaqədar tədbir keçirilib.
❤16🔥2👏1
20 Sentyabr - Dövlət Suverenliyi Günü
❤20🔥1
“Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev

🇦🇿 20 Sentyabr – Dövlət Suverenliyi Günü
❤14👍4🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
❤23🔥1
Media is too big
VIEW IN TELEGRAM
Tarixi missiya, Güclü Ordu, Dəmir iradə, Şanlı Zəfər! 🇦🇿

Dövlət Suverenliyimiz əbədi!
👍5🔥5❤2
Bu gün həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 🇦🇿
👍10❤5🔥1🥰1
20 Sentyabr – Azərbaycan Neftçiləri Günü münasibətilə neftçilərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
👍12❤4🔥2
📊 Sentyabrın 19-u və 20-də polis əməkdaşları tərəfindən:

- 76 cinayətin açılması təmin olunub (68-i cari, 8-i əvvəlki dövrlərdən).

- 84 axtarışda olan şəxs saxlanılıb (57-si borclu şəxs).

- 82 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 30 narkotik, 14 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.

- 39,1 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- Kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki aşkarlanaraq götürülüb, 1 347 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

- 2 avtomat, 11 tüfəng, 2 patron darağı və 35 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
👍6❤2
7 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib ⤵️

Daxili işlər orqanlarının və prokurorluğun birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

2019-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Məmmədov yaşadığı evdən çıxdıqdan sonra itkin düşüb.

Davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun qəsdən öldürüldüyü müəyyən edilib.

Cinayəti törətməkdə əsaslı şübhəli bilinən, Nadir Məmmədovu əvvəldən tanıyan Ramiz Ələkbərov saxlanılıb və ifadəsində cinayəti etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/2030/7-il-evvel-itkin-dusmus-sexsin-qesden-oldurulmesi-mueyyen-edilib/
❤9
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür 🕊️ 🌍

Ölkəmizdə sülh və sabitliyin daim möhkəmlənməsini, xalqımızın hər zaman təhlükəsiz şəraitdə yaşamasını diləyirik.
❤11👍2