Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
20 Sentyabr - Dövlət Suverenliyi Günü
❤20🔥1
“Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev

🇦🇿 20 Sentyabr – Dövlət Suverenliyi Günü
❤14👍4🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
❤23🔥1
Media is too big
VIEW IN TELEGRAM
Tarixi missiya, Güclü Ordu, Dəmir iradə, Şanlı Zəfər! 🇦🇿

Dövlət Suverenliyimiz əbədi!
👍5🔥5❤2
Bu gün həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 🇦🇿
👍10❤5🔥1🥰1
20 Sentyabr – Azərbaycan Neftçiləri Günü münasibətilə neftçilərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
👍12❤4🔥2
📊 Sentyabrın 19-u və 20-də polis əməkdaşları tərəfindən:

- 76 cinayətin açılması təmin olunub (68-i cari, 8-i əvvəlki dövrlərdən).

- 84 axtarışda olan şəxs saxlanılıb (57-si borclu şəxs).

- 82 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 30 narkotik, 14 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.

- 39,1 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- Kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki aşkarlanaraq götürülüb, 1 347 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

- 2 avtomat, 11 tüfəng, 2 patron darağı və 35 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
👍6❤2
7 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib ⤵️

Daxili işlər orqanlarının və prokurorluğun birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

2019-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Məmmədov yaşadığı evdən çıxdıqdan sonra itkin düşüb.

Davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun qəsdən öldürüldüyü müəyyən edilib.

Cinayəti törətməkdə əsaslı şübhəli bilinən, Nadir Məmmədovu əvvəldən tanıyan Ramiz Ələkbərov saxlanılıb və ifadəsində cinayəti etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/2030/7-il-evvel-itkin-dusmus-sexsin-qesden-oldurulmesi-mueyyen-edilib/
❤9
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür 🕊️ 🌍

Ölkəmizdə sülh və sabitliyin daim möhkəmlənməsini, xalqımızın hər zaman təhlükəsiz şəraitdə yaşamasını diləyirik.
❤11👍2
📢 “Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir” ictimai maarifləndirmə kampaniyasına start verilib.

Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır. Kampaniyada əsas çağırış 🛴skuter, 🚲velosiped və 🏍️motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini 60% azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.

🌍 Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.
❤13🙏3