Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
✔
11.3K subscribers
4.81K photos
990 videos
1 file
746 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

🌐 Ətraflı: https://mia.gov.az/az/news/view/2033/
❤12👍6🥰1
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!
❤14👏3🔥1
Hava limanında təşkil olunan fasiləsiz polis xidməti nəticəsində vətəndaşlarımızın və ölkəmizə gələn qonaqların təhlükəsizliyi etibarlı şəkildə qorunur 🚔 ✈️
❤22👍5
Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb canlarını fəda etmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiram və qürurla anırıq!
❤12🙏5👍3🔥1
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə əklil və gül dəstələri qoyublar.
❤18🔥1
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla böyük qürur və hörmətlə yad edilib.
❤29🔥2🙏2
Media is too big
VIEW IN TELEGRAM
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərib.

Onlardan 66 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 346 nəfəri yaralanıb.
❤20👍1🔥1
Polis Akademiyasının kursantları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Hərbi Memorial Məzarlığı ziyarət ediblər.
❤23🙏5🔥1