Polis Akademiyasının komandası “Qanunun Tarixi: Əsrlərdən Keçən Ədalət” intellektual yarışında birinci yerə layiq görülüb 🥇
Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qanunun tarixi: Əsrlərdən keçən ədalət” adlı intellektual yarış keçirilib.
İntellektual yarışda Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti və ADA Universitetinin tələbə və kursantlarından ibarət komandaları iştirak ediblər.
🏆 Yekun nəticələrə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası yarışın qalibi olaraq I yerə layiq görülüb.

❤10👍4🔥1
📊 Sentyabrın 30-da polis əməkdaşları tərəfindən:
- 56 cinayətin açılması təmin olunub (53-ü cari, 3-ü əvvəlki dövrlərdən).
- 161 axtarışda olan şəxs saxlanılıb (138-i borclu şəxs).
- 60 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
- 11 itkin kimi axtarılan şəxs tapılıb.
- 21 narkotik, 7 qanunsuz silah-sursat faktı aşkarlanıb.
- Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb.
- 134 kq narkotik vasitə və 60 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.
- 4 avtomat, 3 qumbara, 1 alışdırıcı, 2 tüfəng, 5 patron darağı və 250 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

❤8👍3
Oktyabrın 1 -də Tacikistan Respublikasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
🌐 Ətraflı:
https://mia.gov.az/az/news/view/2036/

❤9👍2
🌧️ Yağışlı hava – yollarda diqqətli olaq!
Oktyabrın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan və küləyin güclənəcəyi gözlənilir.
🚗 Sürücülərdən sürəti yol və hava şəraitinə uyğun seçmələri, ara məsafəsini artırmaları, qəfil manevr və sərt tormozlamadan çəkinmələri xahiş olunur.
🚶 Piyadalar isə məhdud görünüş şəraitində daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməlidirlər.
⚠️ Hava şəraitini nəzərə alın, təhlükəsizliyinizə diqqət edin!

❤16👍7🔥1🙏1
📊 Oktyabrın 1-də polis əməkdaşları tərəfindən:
- 61 cinayətin açılması təmin olunub (44-ü cari, 17-si əvvəlki dövrlərdən).
- 68 axtarışda olan şəxs saxlanılıb (63-ü borclu şəxs).
- 41 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
- 5 itkin kimi axtarılan şəxs tapılıb.
- 11 narkotik, 7 qanunsuz silah-sursat faktı aşkarlanıb.
- 3 tapança, 1 alışdırıcı, 5 tüfəng və 18 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

❤17👍3
🏫 Təhsil müəssisələrində narkotiklərin zərərləri ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir.
👮 Ərazi polis orqanlarının rəisləri və əməkdaşları tərəfindən məktəblərdə keçirilən görüşlər zamanı şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə yaratdığı təhlükələr barədə ətraflı məlumat verilir, onların zərərli vərdişlərdən uzaq durmasının vacibliyi diqqətə çatdırılır.
ℹ️ Məqsəd – gəncləri narkotiklərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

❤18👍5