Çürütdük ömrümüzü bivəfalər eşqində,
Girişmək, qəmzə satan məhliqalər eşqində.
Sədaqət ilə vəfa aləmində can qoyduq,
Vəfadan əl götürən aşinalər eşqində.
Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,
Rəqibə naz eləyən dilguşalər eşqində.
Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,
Bu sərv boylu, by zülfi qəralər eşqində.
Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,
Biz indi də gəzirik binəvalər eşqində.
Bəlayi-eşqlə hər çövrə dözmüşük, Vahid,
Bu daş ürəkli olan dilrubalər eşqində.
Əliağa Vahid.
@seirqoxulum

👍9❤7❤🔥2
"Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən."
Lev Tolstoy , Anna Karenina
@seirqoxulum
Lev Tolstoy , Anna Karenina
@seirqoxulum
❤19👍8
Kanalımın əziz premium izləyiciləri, sizdən bir xahişim olacaq. Zəhmət olmasa, linkə daxil olub kanalı güçləndirərdiniz✨
👍2
Biz ikimiz bir can idik,
Ayrılmışam, min olmuşam,
Allahımsan, indi sənə
Çatmaq ücün din olmuşam.
Öz yolumu bilən idim,
Sükan idim, yelkən idim,
Bir zamanlar Mən, Mən idim,
İndi dönüb sən olmuşam.
Nə gecəm var, nə gündüzüm
Qışqırıram: – Necə dözüm?
Çığırdıqca indi özüm,
Səs olmuşam, ün olmuşam.
Dəniz kimi çalxalandım,
Qaya kimi lal dayandım,
Ayrılığı əlac sandım,
Görürəm ki, yanılmışam…
Bəxtiyar Vahabzadə
@seirqoxulum
Ayrılmışam, min olmuşam,
Allahımsan, indi sənə
Çatmaq ücün din olmuşam.
Öz yolumu bilən idim,
Sükan idim, yelkən idim,
Bir zamanlar Mən, Mən idim,
İndi dönüb sən olmuşam.
Nə gecəm var, nə gündüzüm
Qışqırıram: – Necə dözüm?
Çığırdıqca indi özüm,
Səs olmuşam, ün olmuşam.
Dəniz kimi çalxalandım,
Qaya kimi lal dayandım,
Ayrılığı əlac sandım,
Görürəm ki, yanılmışam…
Bəxtiyar Vahabzadə
@seirqoxulum
👍15❤5😍2🔥1
•Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!
Eşqində mən yanan kimi, bir sən də yan görüm!
•Dərd öldürər məni, səni gər bir də, sevgilim,
Xain rəqiblərlə gülüb-oynayan görüm.
•Çeşmi-zəmanədən sənə afət toxunmasın,
Daim o qarə zülfü göz üstündə yan görüm.
•Nə lalə bitməsin, nə də sünbül sən olmasan,
Nə şaxi-güldə bülbül üçün aşiyan görüm.
•Məstanə gözlərin kimi sən məstsən hələ,
Çox yatma naz ilə, gözəlim, bir oyan görüm!
•Vahid! Cahanda hər gözəlin düşsəm eşqinə,
Bir xeyr görməsəm də, gərək min ziyan görüm.
Əliağa Vahid

❤13👍6❤🔥3
Forwarded from Nərmin
"Hər şey yaxşı olacaq" kitabı Azərbaycanın Milli Qəhrəmanı Hökumə Cəlil qızı Əliyevaya həsr olunmuşdur. Onun bədii irsi, həyat fəaliyyəti,ailə həyatı,uşaqlıq illərindən, arzularından, Aviasiya sahəsindəki uğurlarından, və müəllifin özü yazdığı şeirlərdən, fotoalbomlardan ibarətdir. Kitabın satışı yalnız müəllifə tərəfindən aparılır.
👍21🕊3❤🔥2
•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
"Hər şey yaxşı olacaq" kitabı Azərbaycanın Milli Qəhrəmanı Hökumə Cəlil qızı Əliyevaya həsr olunmuşdur. Onun bədii irsi, həyat fəaliyyəti,ailə həyatı,uşaqlıq illərindən, arzularından, Aviasiya sahəsindəki uğurlarından, və müəllifin özü yazdığı şeirlərdən,…
İzləyicimizin kitabıdır. İstəyən olarsa, əlaqə saxlaya bilər.
Uğurlar🙏🏻
Uğurlar🙏🏻
Forwarded from 𝒂𝒎𝒐𝒖𝒓𝒔 𝒎𝒆🪬 (İlaha Nasrullayeva)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤5❤🔥1
Divarına hörülüm, kaş
Yollarına sərilim, kaş
Yüz yol ölüm, dirilim, kaş
Sevim dönə-dönə səni..
•Ramiz Rövşən
@seirqoxulum
Yollarına sərilim, kaş
Yüz yol ölüm, dirilim, kaş
Sevim dönə-dönə səni..
•Ramiz Rövşən
@seirqoxulum
👍8❤6❤🔥2
Əziz izləyicilərimiz, bizim kanalın sahibi Səma xanımın ad günüdür. İstədim ki, burdan onu təbrik edim. Əzizim, ən gözəl yaşlarından olsun. Sevinclərin uğurların bol olsun. Yaxşı ki doğulmusan, varsan. Həmişə üzündə təbəssüm, hər anın yaddaqalan gözəlliklərlə dolu olsun🫠🤍
❤🔥11💯9👍5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Haçan unuduram çıxıb gəlirsən,
Bitmişik, sevgimiz bir əfsanədir.
Məni yox, məndəki səni sevirsən,
"Sənsiz ölürəm"lər boş bəhanədir.
Şeir müəllifi: Ms.magnoliya
Səsləndirən: Səma Rəhimzadə
@seirqoxulum
Bitmişik, sevgimiz bir əfsanədir.
Məni yox, məndəki səni sevirsən,
"Sənsiz ölürəm"lər boş bəhanədir.
Şeir müəllifi: Ms.magnoliya
Səsləndirən: Səma Rəhimzadə
@seirqoxulum
❤10👍8❤🔥2
Sevgi, ürəkdə bir istilikdir, bir parıltıdır.
Sevgi, iki nəfərin bir araya gəlib bir-birini anlayaraq, dəstək verərək hər zaman birlikdə olmağıdır.
Sevgi, əlləri tutub, bir-birinə güvənməkdir. Bu hiss, sənin daxilindəki ən dərin duyğuları hər zaman canlı saxlayır.
Sevgi, hər şeydən öndə tutduğun birinin xatirələri ilə dolu anlardan ibarətdir. Gözlə görməsən də, ürəyində hiss etdiyin istilik, səsi eşitməsən də, birgə yaşadığınız anlar yaddaşında həkk olunur. Hər anında bu sevgini yaşamağınız diləyiylə..🫠
Sevgililər gününüz ilin 365 günü davam etsin✨

❤9👍6
Sevgi-bir dərinə salan, bir zirvələrə qaldıran, həyatın təlatümlü yollarında ruhun sığınacaq yeri. O, bir-birinə sarılan iki ürəyin ritmində harmoniyadır; əbədi bir alovdur. Sevgi, kainatın ən dərin fəlsəfəsidir, məhəbbətin mürəkkəb sirrlərindən yaranan bir möcüzədir.
Sevgi-sənin varlığına dəyər, sənə dərin mənalar verən bir hekayədir. O, fırtınalı bir dənizdə sığınacaq, soyuq bir qış gecəsində istilikdir. Həyatını dolu və mənalı edən ən böyük qüvvədir, sənin ruhunun tamamlayıcısıdır.
O, hər zaman var olan, hər zaman sənə yaxın olan bir möcüzədir; ən dərin dəryaların incisi, ən uca dağların şüasıdır. Sevgi, sənə olan hisslərim, ürəyinin dərinliklərində gizlənən, heç vaxt sönməyən bir işıqdır.🤍

❤🔥10❤5👍3
“Ana” . Vüqar Biləcəri
Ey könül mülkümüzün sərvəri, sultanı ana,
Sənin uğrunda fəda eyləyərik canı, ana.
Zövqü-cənnətdi mübarək üzüvün seyri mənə,
Neynirəm gülşəni, gülzarı, gülüstanı ana.
Gələ dünya üzünə hər nə qədər nazlı gözəl,
Atılan dırnağıvın min biri qurbanı ana.
Nurlu simana nəzər etmək ibadətdəndi,
Ey cahan mülkünün ən mötəbər insanı ana.
Mənim uğrumda ağartdın saçıvın qarələrin,
Qurban ağ tellərivə ömrümün hər anı, ana.
Ana bir zatı-müqəddəsdi, mələk xislətdi,
Qədəmiylə bəzəyər cənnəti-rizvanı, ana.
Sənə bu şeiri Vüqar yazdı kiçik tövhə kimi,
Ey ömür bağçamın ən ətirli reyhanı, ana.

❤19👍8❤🔥2😍2
Forwarded from 𝒂𝒎𝒐𝒖𝒓𝒔 𝒎𝒆🪬 (İlaha Nasrullayeva)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👍10❤🔥5🕊3❤2