•𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊
11.8K subscribers
1.1K photos
794 videos
95 links
Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.
Sevgisini şeirlərlə ifadə edənlərin kanalı.♡

📅 𝓓𝓪𝓽𝓪: 13.10.2020.
Download Telegram
Ölümə nə var ki,birdəfəlikdi.
Sevib ayrı düşmək kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda.
Gözlərdən süzülən yaş olmayaydı.

Mənim qəlbim kimi inləməz kaman.
İlk eşqi itirmək yamandı, yaman.
Könüllər odlara qalanan zaman.
Ürəklər bərkiyib daş olmayaydı.

Mən səni sevirəm sən varı,pulu.
Gör hardan düşübdü eşqimin yolu.
Nə mənim ürəyim bir belə dolu.
Nə sənin ürəyin boş olmayaydı.

Silinməz sinəmdən bu düyün bu dağ.
Gəzdi gəncliyimi qəm budaq-budaq. Həsrətdən möhnətdən titrəyən dodaq.
Kədərdən çatılan qaş olmayaydı.

Yar deyib ağlayır könlümün sazı.
Bir gündə yüz dəfə yanıram azı.
SÜCAƏT HEÇ KƏSİN BAHARI, YAZI.
Dönüb birdən-birə qış olmayaydı.

Sücaət Dəlidağlı

@seirqoxulum 🕊
👍8💔3❤2
Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Min bir daşürəkli dostdan, tanışdan
Bir daşlı, qayalı dağ vəfalıymış.

Zəlimxan Yaqub

@seirqoxulum 🕊
❤13👍4
O mənim sеvgilim, o mənim sonam.
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm, harda qaldı o nazlı durnam,
O хoş sədasına qurban olduğum.

Ayrılıq oduna könül dayanmaz.
Еşq oduna yanan bir daha yanmaz.
Çəkdiyim nalədən nеçin oyanmaz,
Şirin röyasına qurban olduğum?

Mikayıl Müşfiq

@seirqoxulum 🕊
❤9👍4
Qurşanır əlinin hərarətinə,
Saçının ətrinə dadanır adam.
Elə gözəl sevirsən ki, adamı,
Səni sevməməyə utanır adam

Orxan Bahadırsoy

@seirqoxulum 🕊
❤10👍3
Qızılgül, bağü bustanım, nə dersən,
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi küllü fərmanım, nə dersən?

Hamunun küfr ilə imanı vardır.
Mənim küfr ilə imanım, nə dersən?

Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Şah İsmayıl Xətayi

@seirqoxulum 🕊
👍7❤1
İlahi, nə gözəl darıxıram mən,
Mənim olmayacaq şeylərdən ötrü.

Rəsul Mirzə

@seirqoxulum 🕊
👍10❤3
Ömrün bahar çağında
Qəlbə yağan qar nədir?
Sevirsənsə, sevgilim,
Səndə bu vüqar nədir?
Bütün arzularına
Zirvə mənəm, son mənəm,
Qüruru neyləyirsən?
Sənin qürurun mənəm...
Vüqar hara, eşq hara?
Sevənlər "mən-mən" deməz,
Sevənlər eşq odunda
Əriyib itməzmi bəs?
Vüqarınla döyüşdə
Məhəbbətin uduzmuş,
Mənim isti göz yaşım
Boş qürurdan ucuzmuş...


Bəxtiyar Vahabzadə

@seirqoxulum 🕊
❤8👍2🕊1
"Bakmayın siz benim kuru bir yaprak gibi sallandığıma...
Köküm sağlamdır, sarsılsam da kopmam dalımdan...
Öyle kolay değil, rüzgarın önüne kapılıp gitmem...
Son ana kadar vazgeçmem yaşamaktan...
Ne fırtınalar koptu, benim hayat dallarımda...
Hiç birinde vazgeçmedim umutlarımdan...
İçimde kıyametler kopsa da,
Ben baharıyım yarınlarımın,
Çiçek açarım her kışın ardından..."

Nazım Hikmet

@seirqoxulum 🕊
❤5👍2🕊1😍1
Yaralı gəlmişəm, gözüm, gözəlim,
Heç nə istəmirəm, əhvalımı duy.
Heç nə istəmirəm, sərin əlini
Bu alışıb yanan od alnıma qoy.
Ağrıyan başıma əlini qoy ki,
Biləsən başımda hansı qəza var.
Yalnız səni tapıb,səni görəndə
Bir an xoşbəxt olan Xəlil Rza var.

Xəlil Rza Ulutürk

@seirqoxulum 🕊
👍6❤5🥰2
Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən,
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq...

Musa Yaqub

@seirqoxulum 🕊
❤5❤‍🔥3👍3😍2🕊1
Gün doğsa da, işıqlanmaz
ömrün qara günləri.
Tanrıyla kim barışdırar
bəxtindən küsənləri?

Ramiz Rövşən

@seirqoxulum 🕊
👍7🥰3❤1
Forwarded from •𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 (Səma Rəhimzadə🇦🇿👑)
Ben sensiz olanlara seni aratıyorum,
Ben sensiz kalanlara seni yaratıyorum,
Seni saklayacağım, seni yazıp-andıkça
Kendimi çoğaltıyor, seni kuşatıyorum.

Unutturmayacağım, seni yaşatacağım,
Kendimi çoğalttıkça, seni kuşatacağım,
Her zamanda, her yerde sen bende yaşadıkça...
Sen evreninde sana seni aratacağım. 🌹💫

©Özdemir Asaf 🍀
👍4🥰4❤1
Ayrılıqla elə aldatdın məni,
Dünya mənim olsa da gülə bilmərəm.
Bir saxta baxışa sən satdın məni...
Daha çağırsand gələ bilmərəm...
Sən elə ağlatdın, kor oldu gözüm.
Çətin birdə gülsün həsrətdən üzüm.
Dərdinən əriyib, yox oldum özüm.
Mən o mən deyiləm axtarma məni.
Sönmüş bir küləm axtarma məni...
Keçdi ötən ömür,keçdi hec kimi!
Zamanım geriyə dönəsi deyil.
Sınıq qəlbim daha sevməz hec kimi,
Ruhum göylərdədir enəsi deyil.

Sərvər Şahbəyli

@seirqoxulum 🤎
👍5❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from •𝓢̧𝓮𝓲𝓻 𝓠𝓸𝔁𝓾𝓵𝓾𝓶 🤍🕊 (Səma Rəhimzadə🇦🇿👑)
Günlərim aхışır bir uyqu кimi,
Dərədən dərəyə aхan su кimi,
Dilbərim hərcayi bir ahu кimi
Hicran dağlarını aşarmı, söylə?

Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəкlərin, uçan quşların?
Sənsiz cənnət olsa кainat yarın,
Hеç mənim ruhumu oхşarmı söylə?

Səninlə bağlayıb mən əhdi-pеyman,
Dеdim qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə
? 🖇🤍

©Mikayıl Müşfiq- Söylə
🍀💫

@seirqoxulum
❤7👍4
Otello sindromu

Otello sindromu yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan pis bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əskikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda Otello sindromu daha çox görülür. Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə büruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Məhz bu səbəblə kişilərdə daha çox olduğuna dair bir fikir yaranır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib, hər hərəkətlərini araşdırırlar.Bu sindrom adını Uilyam Şekspirin Otello oyunundan alıb. Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyünə görə onu haqsız yerə öldürür. Sonradan həyat yoldaşını günahsız yerə öldürdüyünü bilərək “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür.

William Shakespeare. "Othello" əsərindən əsas obraz haqqında.
@seirqoxulum 🕊
👍4